• Tehran Mebel Sərgisi; Yaxın Şərqin ən iri mebel sərgisi

Artıq bir neçə gündür ki, Tehranda keçirilməkdə olan mebel sərgisi baxış keçirənlərdə böyük maraq doğurur.

İranlı sənətkarlar təqribən 100 ildir ki, mebel sənayesində fəaliyyət göstərirlər və artıq bir neçə ildir ki, iranlı sənətkarların əl işləri digər ölkələrə də ixrac edilir. Bu günlər iranlı istehsalçıların məhsulları beynəlxalq mebel sərgisində nümayiş etdirilir.  

Mebel sənayesi. Qısa zaman ərzində böyük gəlir gətirən və məşğulluq sahəsində önəmli rol oynayan bir sənaye sahəsi.

 

Hüseyn Noruzi – Mebel sənayesi fəalı:

"İranda mebel sənayesi 30 min istehsal və satış mərkəzinə malik olmaqla, məşğulluq baxımından ölkə iqtisadiyyatında 8%-lik paya malikdir."

 

İranda mebel sənayesi 30 milyard tümənlik bir pul dövriyyəsinə malikdir və onun böyük bir hissəsi yerli istehsalçıların payına düşür.

 

Həsən Əhmədiyan – Mebel istehsalçıları və ixracatçıları birliyinin sədri:

"İranın mebel məhsulları keyfiyyət, dizayn, yüksək keyfiyyətli xammaldan istifadə və rahatlıq baxımından yaxşı ad qazanıb. Hətta, ötən 3-4 ildə İtaliya, Türkiyə və digər ölkələr İrana mebel ixrac etmək istəsələr də, İran bazarında özlərinə yer aça bilməyiblər."

 

Son illər ərzində İranda mebel sənayesi yaxşı inkişafa malik olub və hazırda iranlı istehsalçılar öz məhsullarını xarici bazarlara da çıxartmağa hazırlaşırlar.

Hər il Tehranda keçirilən bu sərgi mebel istehsalçılarına özlərinin ən yeni məhsullarını müştərilərinə tanıtdırmaq imkanı yaratmaqla, mebel sənayesinin inkişafında təsirli rol oynayır. Həmçinin, bu sərgi yerli istehsalçılar üçün digər ölkələrin mebel bazarlarına açılan bir qapı sayılır.

 

 

Aug 03, 2017 19:34 Asia/Baku
Şərhlər