• İslami İran şənlik içində
    İslami İran şənlik içində

İslami İran, xüsusilə müqəddəs Qum və Məşhəd şəhərləri dünya şiələrinin 8-ci imamı Həzrət Samin əl-Əimmə Əli İbn Musa Ər-Rzanın (ə) səadətli mövludunun ildönümü gecəsi və günündə şənlik içindədir.

Həzrət Samin əl-Əimmə Əli İbn Musa Ər-Rza (ə) və onun əziz bacısı Həzrət Fatimənin (s.ə) müqəddəs ziyarətgahlarının zəvvarları Məşhəd və Qumda əllərində gül çələngləri "Ya Mövla Əli İbn Musa Ər-Rza" kimi zikrləri zümzümə edərək möhtəşəmliyə imza atıblar. 

İranın hər bir yerində Əhli-Beytin (ə) vurğunları həmçinin məscidlər, küçələr, mənzil və mağazaların girişlərini çil-çıraqla bəzəyərək, şənlik mərasimi tədbirləri təşkil edərək vilayət və imamət səmasının 8-ci parlaq ulduzunun mövludunun ildönümü gecəsində şəhərlərə özünəməxsusluq bəxş ediblər. 

Şiələrin 8-ci imamı Həzrət Əli İbn Musa Ər-Rza (ə) 148-ci hicri qəməri ili 11 zilqədədə Mədinə şəhərində dünyaya göz açdı. Onun mübarək adı Əli, künyəsi Əbülhəsən, ən məşhur ləqəbi isə Rzadır (razı). 

İmam Rzanın əziz atası şiələrin 7-ci imamı İmam Musa Kazım (ə) 183-cü hicri qəməri ilində Harun Abbasi tərəfindən şəhid edildi və əziz anasının adı Nəcmə idi. 

İmam Rza (ə) Mədinədə atasının şəhadətindən sonra imamlığı üzərinə götürdü, işləri idarə etdi və atasının şagirdlərini ətrafına yığdı, babası İmam Sadiq (ə) dini elmlər mərkəzini təkmilləşdirməklə məşğul oldu. Bu istiqamətdə böyük və möhkəm addımlar atdı. 

Həzrət İmam Rzanın (ə) imamlığı müddəti təxminən 20 il uzun sürdü. Onun 17 ili Mədinədə, son üç ili isə Xorasanda keçdi. İmam Rza (ə) Mədinədə 17 il yaşadıqdan, dini təbliğ etdikdən və insanları maarifləndirdikdən sonra, Məmun Abbasinin hiyləsi və məkrli planı ilə Xorasana yola düşməyə məcbur oldu. 

O həzrət Məmunun icbari vəliəhdliyini qəbul etdikdən və 3 ildən sonra 55 yaşında bu Abbasilər xəlifəsi tərəfindən şəhid edildi. 

İslami İranın müsəlman xalqı dünya şiələrinin 8-ci imamın viladətinin ildönümü günündə müqəddəs məkanlar, xüsusilə də o həzrətin İranın şimal-şərqində yerləşən Məşhəd şəhərindəki pak ziyarətgahına gedərək bu günü şənlik edir. 

Dünya şiələrinin 8-ci imamının şəxsiyyəti haqda şer oxumaq, mədhiyyə oxumaq və çıxış etmək, şirni və şərbət paylamaq İranın müsəlman vətəndaşlarının Həzrət İmam Rzanın (ə) viladətinin ildönümü günündəki proqramları sırasına daxildir. 

İran İslam Respublikası Radio və Televiziya Təşkilatı dünya şiələrinin 8-ci imamı Həzrət İmam Rzanın (ə) mövludunun ildönümü günü münasibəti ilə bütün müsəlmanlar və dünyanın digər azadlıqsevərlərini təbrik edir. 

Aug 04, 2017 08:56 Asia/Baku
Şərhlər