• Ərəfat çölündə müşriklərdən bəraət mərasimi keçirilib
    Ərəfat çölündə müşriklərdən bəraət mərasimi keçirilib

Bu gün Məkkədə, Ərəfat çölündə həcc zəvvarlarının iştirakı ilə müşriklərdən bəraət mərasimi keçirilib.

Bu ibadi-siyasi m ərasim Quran-Kərimdən müşriklərdən bəraət ayələrinin oxunması ilə keçirilib. Mərasim həcc zəvvarlarının geniş iştirakı ilə İnqilab Rəhbərinin ofisinin yerləşdiyi məkanda keçirilib. Mərasimdə iştirak edən iranlı zəvvarlar "bu gün müşriklərin dəfn edilməsi günüdür", "Fələstini işğal etmiş rejim yer üzündən silinməlidir", "əsrimizin ümmül-fəsadı Amerikadır" və " Amerikaya, İsrailə ölüm" şüarları səsləndiriblər.

Zilhəccə ayının 9-u Ərəfə günüdür. Allah evi zəvvarları Ərəfə günündə Minadan Ərəfata gedərək, Həcc mərasiminin ən mühüm ayinlərindən birini yerinə yetirirlər.

Günorta və axşam namazları Ərəfədə qılınır. Allah evi zəvvarları Ərəfatda dua edir və ləbbeyk deyirlər.

Aug 31, 2017 20:59 Asia/Baku
Şərhlər