• 10-cu imamın viladəti günü mübarək olsun!

Bu gün çərşənbə, 1438-ci hicri qəməri ili 15 zilhəccə, 2017-cı il 6 sentyabr şiələrin 10-cu imamı və əziz islam peyğəmbərinin (s.ə.s) pak nəvələrindən Həzrət İmam Əli əl-Nəqinin (ə) səadətli viladətinin ildönümü günüdür.

Şiələrin 10-cu imamı 212-ci hicri qəməri ili Mədinə şəhəri yaxınlığında dünyaya gəlib və əziz atası İmam Cavadın (ə) təlimləri ilə böyüyüb. Atasının şəhid olmasından sonra imamət və islam ictimaiyyətinə rəhbərliyi üzərinə götürüb. 

İmam Əli əl-Nəqinin məşhur ləqəblərindən, Hadi hidayət edən mənasındadır. İmam Hadi (ə)  əsil islamın parlaq simasını tanıtdırmaq istiqamətində çox çalışıb. 

Şiələrin 10-cu imamı əqidə, fikir və ya ictimai məsələlər barədə çoxlu iclaslar təşkil edir və bu iclaslarda irəli sürülən sual və şübhələri cavablandırırdı. 

Elm və ədəb üzrə tanınmış şəxsiyyətlərdən çoxu İmam Əli əl-Nəqinin (ə) ətrafına toplaşar və o həzrətin sonsuz elm dəryasından faydalanardı. 

Bir tərəfdən İmam Hadinin böyük elm və biliyi, digər tərəfdən isə insanlar arasında sevilməsi, həmişə Abbasi hakimlərinin bu parlaq cavahirə kin-kürdurətini artırırdı. Belə ki, məkrli planla o həzrəti şəhid etdilər. 

İran İslam Respublikası Radio və Televiziya Təşkilatı İmam Əli əl-Nəqinin (ə) səadətli viladətinin ildönümü münasibəti ilə bütün Əhli-Beyt (ə) aşiqlərini təbrik edir. 

Sep 06, 2017 08:41 Asia/Baku
Şərhlər