• Qədir Xum həqiqətləri
    Qədir Xum həqiqətləri

Qədir-Xum – dinin kamilləşmə bayramı, mübarək dinimizin Allah Təala tərəfindən bəyənildiyi bir tarixdir.

Yolunu azmışlardan “Bəli”, amma Əhli-beyt-dən “xeyr”!

Problem Buxarinin özündədir. Çünki, dörd yüz fasiq adamlardan; Xəvaric, Murciə və Qədəriyyədən (hər üç tayfa həzrət Əlinin (ə.s) düşmənlərindəndir) onlarca hədis nəql etmişdir. Məsələn: yalan danışmaqda məşhur olan Əkrəmə, Urvət ibn Zubeyr, Hurəyz ibn Osman (nasibi) və Əbu Musa Əşərinin oğlu, əmmarın qatilinin əlindən öpən Əbu Bərdədən rəvayət nəql etmişdir. [əl-İzva, səh: 310]. Əmr ibn As, Mərvan, Əbu Süfyan, Müaviyə, Muğəyrət ibn Şöbə və (Əlinin (ə.s) qatili İbn Mülcəmi mədh edən və xəvaricdən olan) İmran ibn Həttandan xeyli hədis nəql etmişdir.

Amma Əhli-beytdən (çox az sayda hədis müstəsna olmaqla) hədis nəql etməmişdir!

Buxari öz kitabında Əlinin (ə.s) düşmənlərindən sayılan və həzrət Peyğəmbəri sadəcə iki il görən Əbu Hüreyrədən 446 hədis, Əbdullah ibn Ömərdən 270, Aişədən 242, Əbu Musa Əşəridən 57 və Ənəs ibn Malijdən 200 hədis nəql etmişdir. Amma Peyğəmbərin (s) evində böyüyən, ondan tərbiyə alan və Peyğəmbər elminin qapısı olan Əlidən (ə.s) cəmi 30 hədis nəql etmişdir. Həzrət Fatimədən (s.ə) 4 hədis, İmam Hüseyndən 1 hədis, imam Səccaddan üç hədis və imam Baqirdən 4 hədis nəql etmişdir. İmam Sadiq, imam Kazim, və imam Rızadan (məşhur olmaları və xeyli şagirdləri və ravilərinin olmalarına rəğmən) bircə hədis nəql etməmişdir.

Kaş ki, bununla kifayətlənsəydi! Zəhəbi yazır: “Buxari Cəfər ibn Muhəmməddən hədis nəql etməyib, Yəhya ibn Səid Qəttan (Buxarinin ustadı) ona deyir: Mucalid mənim yanımda Cəfər ibn Muhəmməddən üstündür!” Halbuki Yəhya ibn Səid Qəttan (rical alimi) Mucalidi rical elmi baxımından zəif hesab etmişdir!

Bəli, Buxari Əkrəmə, Hurəyz ibn Osman, Əbu Bərdə, Əbul-Ğadiyə və İmran ibn Həttan kimi məlun şəxslərdən rəvayət nəql etmiş, Amma imam Sadiq (ə) barədə tərəddüd etmişdir (yəni imam Sadiqə inanmır və ona şəkk edir)! Sizcə bu əməl hansı sirdən xəbər verir!?

Əllamə Şərəfuddin yazır: “Əhli-sünnə, Əhli-beyt imamlarına Müqatil ibn Süleyman (murciədən idi və Allahı cism olduğuna inanırdı) qədər dəyər vermir. Onlar “Xəvaric”, “Müşəbbihə”, “Mürciə” və “Qədəriyyə”-yə istinad edir, amma Əhli-beyt hədislərinə əhəmiyyət vermirlər. Əgər Peyğəmbər xanədanından nəql etdikləri hədislərin hamısını toplasaq təkcə yalançı Əkrəmənin nəql etdikləri hədislər qədər olmayacaq” [İctihad dər müqabili nəss, səh 589].

اهل‏ سنّت‏، براى‏ ائمّه اهل بیت- علیهم السّلام- به اندازه مقاتل بن سلیمان که قائل به جسم بودن خداوند بوده و خود مرجئى و مزوّر است، ارزش قائل نیستند! آن اندازه که به گفتار خوارج، مشبهه، مرجئه و قدریه استناد مى‏جویند، به احادیث ائمّه اهل بیت- علیهم السّلام-، اهمیّت نمى‏دهند!! اگر همه احادیثى را که از دودمان پیغمبر- صلّى اللّه علیه و آله- نقل کرده‏اند، جمع‏آورى کنیم، به اندازه روایاتى که بخارى به تنهایى از عکرمه بربرى خارجى دروغگو نقل کرده است، نخواهد بود!

 

  • Əhli-sünnə alimlərinin sarsıdıcı etirafları

Qədir hədisinin qəribəliklərindən biri də budur ki, Əhli-sünnə alimləri hədisin həzrət Əlinin (ə.s) xilafətinə (vilayətinə) dəlalətinə etiraf etmişlər.

-Əbu Hamid Qəzali Əhli-sünnə alimlərindəndir. Bəzi alimlər onun barəsində (onu tərif etməkdə mübaliğə edib demişlər): “Əgər həzrət Peyğəmbərdən sonra yeni bir peyğəmbər gəlmiş olsaydı, o mütlət Qəzali olardı” [Feyzul-qədir, səh: 398]. Qəzali yazır: “Alimlərin hamısı ittifaq etmişlər ki, həzrət Peyğəmbər (s) buyurub: من کنت مولاه فعلی مولاه və Ömər də həzrət Əlini (ə.s) təbrik edib: بَخٍ‏ بخٍ‏ لک یا ابا الحسن لقد أصبحتَ مولایَ و مولى کلّ مؤمن و مؤمنة” Bu, hədisə razılıq vermək, ona təslim olmaq və onu qəbul etmək anlamına gəlir. Amma sonra nəfsani istəklər və hakimiyyət sevgisi ona qalib gəldi və haqqı qəbul etmədi, haqqı ucuz qiymətə satdılar: “…onlar bu əhdə arxa çevirdilər və onu az bir qiymətə satdılar. Onların bu alış-verişi necə də pisdir!” [Ali-İmran surəsi, 187-ci ayə] [“Sirrul-aləmin” kitabı, səh: 16 və 17-dən iqtibas olunmuşdur].

و لنعم ما قال الغزالی فی کتاب سر العالمین فی مقالته الرابعة التی وضعها لتحقیق أمر الخلافة بعد عدة من الأبحاث و ذکر الاختلاف لکن أسفرت الحجة وجهها و أجمع الجماهیر على متن الحدیث من خطبته ص فی یوم غدیر خم باتفاق الجمیع و هو یقول من کنت مولاه فعلی مولاه فقال عمر بخ بخ لک یا أبا الحسن لقد أصبحت مولای و مولى کل مؤمن و مؤمنة فهذا تسلیم و رضى و تحکیم‏ ثم بعد هذا غلب الهوى بحب الرئاسة و حمل عمود الخلافة و عقود البنود و خفقان الهواء فی قعقعة الرایات و اشتباک ازدحام الخیول و فتح الأمصار سقاهم کأس الهوى فعادوا إلى الخلاف الأول فنبذوا الحق‏ وَراءَ ظُهُورِهِمْ وَ اشْتَرَوْا بِهِ ثَمَناً قَلِیلًا فَبِئْسَ‏ ما یَشْتَرُون‏

[Biharul-ənvar, 39-cu cild, səh: 251].

Bəziləri çarəsizlikdən “Sirrul-aləmin” kitabının Qəzaliyə mənsub olduğunu inkar etməyə çalışsalar da, bunun onlar üçün faydası olmayacaq. Çünki, İbn Cuzi və Zəhəbi kimi Əhli-sünnənin böyük alimləri “Mizanul-etidal” kitabında  “Sirrul-aləmin” kitabının düzgünlüyünə etiraf etmiş və ona xeyli istinad etmişdir.

-Səbt ibn Cuzi: “Qədir hədisi açıqca imaməti isbatlayır”. O “mövla” sözünün müxtəlif mənalarını izah etdikdən sonra deyir: “Hədisdəki mövla sözündən məqsəd məxsus itaətkarlıqdır”. O deyir: həzrət Peyğəmbərin (s) “Aya mən möminlərə onların özlərindən daha layiqli deyiləmmi? (yəni mənim hökmlərim möminlərin öz istəklərindən daha keçərli deyilmi?)”- bu kəlamı həzrət Əlinin imamətini isbat edir.

Mövla sözünün bütün mənaları həzrət Əli (ə.s) barədə sabitdir.

Muhəmməd ibn Təlhə şafei (Şafei fəqihidir) deyir: “Bu hədis Allah-təalanın “mübahilə” ayəsindəki sözlərinin sirrini daşıyır”. Ayədəki “ənfusəna”-dan məqsəd Əlidir. Həzrət Peyğəmbər (s) Qədir hədisindəki mövla sözünün bütün mənalarını Əli üçün isbatlayıb. Bu çox yüksək məqamdır ki, Peyğəmbər bu sözləri məhz Əli barədə dilə gətirib. Bu üzdən Qədir-xum günü bayram günü və övliyanın sevinc günüdür” [Mətalibus-sual, səh 44].

Peyğəmbər (s) Əlini (ə.s) öz canişini etdi.

Əllamə Muhəmməd ibn Yusuf ibn Muhəmməd Kənci Şafei öncə Peyğəmbərin (s) bu hədisini nəql edir: “əgər mən özüm üçün canişin təyin etsəydim Əlidən layiqli şəxs yox idi”, sonra deyir: “hərçənd ki, bu hədis canişinin təyin olunmamasına dəlalət edir. Amma Qədir hədisi dəlalət edir ki, həzrtə Peyğəmbər (s) canişin təyin etdi. Qədir hədisi o biri hədisi aradan qaldırmışdır” [Kifayətut-talib, səh: 166].

 

  • İşarədir ya yalan?!

Qədir-xum hadisəsinin qəribəliklərindən söz açmışıq. Bəziləri Qədir hədisini zəif göstərmək üçün (hədisin həzrət Əlinin xilafətinə dəlalət etmədiyini göstərmək üçün) Peyğəmbərin (s) duasına istinad etmişlər. اللهم وال من والاه و عاد من عاداه Allahım! Əlini sevənləri sev, ona düşmən kəsilənlərlə düşmən ol! “Mən kuntu mövlahu fə-Əliyyun mövlahu” cümləsindəki “mövla” sözünü sevmək və dost olmaq kimi mənalandırırlar.

Təəccüblüdür ki, təkfirçi vəhhabilərin rəhbəri İbn Teymiyyə deyir: “Bütün hədisşünas insanların fikrincə bu dua yalandır” [Minhacus-sünnə, 4-cü cild, səh: 16].

Bəli, hədisi qəbul etməmək üçün belə qətiyyən düz gəlməyən, bir-birilə zidd rəylər söyləməyə  məcburbudrudlar. Bu dua, əhli-sünnənin məşhur və mütəssib hədisşünası Şəmsuddin Zəhəbinin etiraf etdiyi kimi qəti və sabitdir.

Biz ibn Teymiyyələr kimi şəxsləri yaxşı başa düşürük! Çünki, o çox gözəl bilir ki, bu cümlə düz olarsa, Əli ibn Əbi Taliblə düşmən olanların vəziyyəti aydın olacaq. Məs: Cəməl, Siffeyn və Nəhrivan döyüşünün aparıcı simaları və onların tabeçiləri (yəni Əliyə (ə.s) düşmən kəsilərək camaatı onun əleyhinə qiyama çağıranlar və bütün bu macəraları yozmaq istəyən alimlər, ravilər və mühəddislərin halı hər kəsə məlum olacaqdır). Bütün alimlər və rəvayətlər onların (yəni yuxarıda qeyd olunan üç müharibəni təşkil edən və müharibə iştirakçıları) Əli (ə.s) ilə ədavətlərini zikr etmişlər.

İbn Teymiyyə və onun kimilər istəsə də istəməsə də, həzrət Peyğəmbər (s) belə bir dua etmişdir. Təkcə Qədir-xum-da deyil, digər yerlərdə va ayrı-ayrı vaxtlarda Əli (ə.s) barədə dulara etmişdir; “Haqq həmişə Əli ilədir və Əli həmişə haqq ilədir” [əl-İmaməti vəs-siyasət, 1-ci cild, səh: 98]. Bu üzdən Səbt ibn Cuzi deyir: “İslam ümməti icma etmişdir -yəni hər kəsin nəzəri budur- ki, Əli və hər hansı bir səhabə arasında ixtılaf yaranarsa, haqq Əli ilədir (Əli haqlıdır)” [Təzkirətul-xəvas, səh: 30].

 

  • Əbu Bəkrin beyəti sınmamalıdır, amma Əlinin (ə.s) beyətini sındırmaq: Bəli!!

Qədir hədisinin qəribəliklərindən biri də budur ki, bir yandan camaat “səqifə”-dən sonra Əlinin (ə.s) sözlərini eşitdikdə Ənsardan bir qisim səhabə həzrət Əliyə (ə.s) dedilər: “Ey Əbəl-Həsən! əgər ənsar sənin sözlərini Əbu bəkrin yanına getməzdən qabaq eşitsəydi, heç kəs sənin barəndə ixtilaf etməzdi” (yəni sən gec tərpəndin!)

Həzrət buyurdu: “Ey camaat! Mən həzrət Peyğəmbərin (s) mübarək cəsədinin dəfnini saxlayıb hakimiyyət üçün çalışmalı idim!?” “Mən Peyğəmbərin (s) Qədir-xumdakı çıxışından sonra kiminsə üzürlü olaraq bəhanə gətirəcəyinə inanmazdım!” [əl-Ehticac, 1-ci cild, səh: 184; Biharul-ənvar, 28-ci cild, səh: 85].

“Səqifə” hadisəindən sonra Hz. Əli (ə.s), Hz. Fatimə (s.ə), Hz. Həsən (ə) və Hz. Hüseyn (ə) birlikdə bütün səhabələrin qapılarına getdi. Onların tək-tək hamısından yardım istədi. Onların Hz. Fatiməyə yeganı cavabı bu oldu: “Biz Əbu Bəkrə beyət etdik, iş bitdi. (öz əhd-peymanımızı sındıra bilmərik) Sənin ərin tez gəlsəydi, biz başqası ilə beyət etməzdik” [əl-İmaməti vəs-siyasət, 1-ci cild, səh: 19].

Bəli, Əbu Bəkrə etdikləri batil beyəti sındırmağa hazır olmayan camaat, Hz. Əliyə (ə.s) etdikləri tam sərbəst və azad beyəti ayaq altına qoymağa hazır oldular. On minlərcə şəxs, Təlhə, Zübeyr və Hz. Peyğəmbərin (s) arvadı ilə birlikdə qanlı Cəməl döyüşünü yaratdılar! Cəməl müharibəsinin aparıcı simaları və onlara tabe olanlar, onlara sadiq qalanların hamısı Əliyə beyət etmişdilər. (Hz. Əlini ən azı dördüncü xəlifə kimi qəbul edirdilər. Niyə görə əhd-peymanlarını sındırdılar və müsəlmanların qanı bahasına Əli ilə qanlı müharibə etdilər?!) Deməli, Əbu Bəkrin beyəti sınmamalıdır, amma Hz. Əliyə (ə.s) edilən beyət sına bilər!!

 

Əbu Bəkrin qızına himayəçilik lazımdır, amma Hz. Peyğəmbərin (s) qızına himayədarlıq lazım deyil?!

Səqifə-dən sonra Hz. Peyğəmbərin (s) qızı Əbu Bəkrin müqabilində dayandı, camaatdan öz haqqının icrası üçün yardım istədi. Mədinə camaatının arasında, Ənsar və Mühacirin hüzurunda xütbə oxudu. Amma heç kəs ona kömək etmədi. Belə ki, Hz. Fatimə (s.ə) başı aşağı evə dönüb Əliyə (ə.s) dedi:

مَنَعَتْنِی‏ قَیْلَةُ نَصْرَهَا، وَ الْمُهَاجِرَةُ وَصْلَهَا، وَ غَضَّتِ الْجَمَاعَةُ دُونِی طَرْفَهَا، فَلَا مَانِعَ وَ لَا دَافِعَ، خَرَجْتُ- وَ اللَّهِ- کَاظِمَةً، وَ عُدْتُ رَاغِمَةً، وَ لَیْتَنِی لَا خِیَارَ لِی، لَیْتَنِی مِتُّ قَبْلَ ذَلِکَ‏ مِتُّ قَبْلَ ذِلَّتِی! وَ تُوُفِّیتُ قَبْلَ مَنِیَّتِی! عَذِیرِی فِیکَ اللَّهُ حَامِیاً، وَ مِنْکَ عَادِیاً، وَیْلَاهْ فِی کُلِّ شَارِقٍ! وَیْلَاهْ! مَاتَ الْمُعْتَمَدُ وَ وَهَنَ الْعَضُدُ! شَکْوَایَ إِلَى رَبِّی، وَ عَدْوَایَ إِلَى أَبِی‏

Ənsar mənə kömək etmədi. Mühacirlər də mənə qoşulmaqdan çəkindi…məni müdafiə edən və himayə edən heç kəs yoxdur. Əsəbi halda evdən çıxdım və başı aşağı qayıtdım. Mənim ixtiyarım yoxdur. Kaş ki, qayıtmazdan və bu zillətdən qabaq ölsəydim…! [Biharul-ənvar, 43-cü cild, səh: 148]

Amma həmin Mədinə camaatı Əbu Bəkrin qızı ilə Hz. Əlinin (ə.s) əleyhinə silahlandı. Cəməl döyüşünü yaratdılar. Bu işdə on minlərlə şəxs Aişəyə kömək etdi!!

Bunu sirri nədir?! Əlinin (ə.s) yavəri hətta Peyğəmbərin qızı olsa belə tək qalmalıdır, amma Əlinin müxalifinə (haqq xəlifənin əleyhinə qiyam etsələr belə) kömək edilməlidir!

Əhli-sünnə alimlərindən biri deyir: لک الله یا علی! ما انصفوک فی شیء “Ey Əli! Allah səninlədir! Bunlar heç bir məsələdə səninlə insafla davranmadılar”

 

  • Peyğəmbər istəyirdi, amma Allah istəmədi!

Bəli, təəccüb etməyin. Bu söz Əhli-sünnənin böyük rəhbərinin sözüdür. İbn Əbil-Hədid ondan nəql etmişdir. O deyir: “Hərçənd Peyğəmbər israr etdi amma, Əli İbn Əbi Talib birinci xəlifə olmasını Allah istəmədi. Təbii ki, Allahın iradəsi ilə Peyğəmbərin iradəsi arasında ziddiyyət yaranarsa, Allahın iradəsi həyata keçməlidir”! O, İbn Abbasa deyir: “Peyğəmbər (s) Əlinin adını açıq-aydın şəkildə çəkmək (söyləmək) istəyirdi, lakin mən, İslama ürəyim yandığı üçün və islamı müdafiə etmək üçün qoymadım (Əlinin adının deyilməsinə mane oldum). Kəbənin Rəbbinə and olsun Qureyş heç vaxt onunla müvafiq olmadı. Əgər o hakimiyyəti ələ keçirsəydi, ərəblər hər tərəfdən onunla müxalifət edəcəkdi. Peyğəmbər anladı ki, mən onun (Peyğəmbərin (s) məqsədindən agaham, bu üzdən Əlinin adını çəkmədi. Allah da Onun ad çəkməməsinə razı oldu. (Yəni: Haqq-təala Ömərin qərarını tərcih etdi, Peyğəmbərin (s) nəzəri ilə ziddiyyət təşkil etməsinə rəğmən Ömərin fikiri təsdiq oldu!!)” [Şərhi Nəhcül-Bəlağə, İbn Əbil-Hədid, 12-ci cild, səh: 21]

و لقد أراد فی مرضه أن یصرح باسمه فمنعت‏ من‏ ذلک‏ إشفاقا و حیطة على الإسلام‏

İbn Əbil-Hədid başqa yerdə Ömərdən nəql edir: “Hz. Peyğəmbər xəstələnərkən xilafət üçün Əlinin (ə.s) adını çəkməyi qərara aldı, amma mən (yaranacaq) fitnədən və islamın süstləşməsindən qorxduğum üçün ona mane oldum”! [həmin mənbə, səh: 79]

إن رسول الله ص أراد أن یذکره للأمر فی مرضه فصددته عنه خوفا من الفتنة و انتشار أمر الإسلام‏

İbn Abbas deyir: “Ömərin Şama etdiyi səfərlərin birəndə mən onunla idim. Bir gün onu tək gördüm və arxasınca getdim. Mənə dedi: Ey İbn Abbas! əmin oğlundan gileylənirəm, mənimlə gəlməsini istədim, gəlmədi. O hələ də qəzəblidir. Səncə niyə görə əsəbidir? Dedim: ey əmirəl-möminin! Siz özünüz bilirsiniz. Ömər dedi: düşünürəm ki, xəlifəliyi əldən verdiyinə görə narahatdır. Dedim: bəli, o (Hz. Əli) düşünür ki, Hz. Peyğəmbər (s) onu xilafət üçün seçmişdir. Ömər dedi: Ey İbn Abbas! Peyğəmbər elə istəmişdi. Amma Allah başqa bir şey istədi. Peyğəmbərin istəyi deyil, Allahın isyəyi keçərli oldu! Aya Peyğəmbərin bütün istəkləri həyata keçirmi? O əmisinin müsəlman olmasını istəmişdi, lakin Allah istəmədi və o müsəlman olmadı” [Həmin mənbə].

Buradan bir haşiyə çıxıb İbn Əbil-Hədid barədə mühüm məsləyə aydınlıq gətirmək istirəm. İbn Həbban Busti Əhli-sünnənin böyük alimlərindəndir. Şiələr barəsində deyir: “Onların adətidir, hiyləgərlik edib Mötəzilə, Zeydiyyə və sair məzhəblərin alimlərindən birini misal çəkərək deyirlər ki, o, Əhli-sünnənin mütəəssib alimlərindəndir. Sonra Əhli-sünnə məzhəbinin batil və İmamiyyə məzhəbinin haqlı olmasına dair ondan bir mətləb nəql edirlər! Məs: Zeməxşəri və İbn Əbil-Hədid…”

من مکائدهم انهم یذکرون احد علماء المعتزلة او الزیدیة او نحو ذلک و یقولون انه من متعصبی اهل السنة ثم یقولون عنه ما یدل علی بطلان مذهب اهل السنة و تأیید مذهب الامامیة…کالزمخشری و ابن ابی الحدید

Yəni: İbn Həbban demək istəyir ki, İbn Əbil-Hədid kimi alimlərdən Əhli-sünnənin əleyhinə nəql etdiyiniz sözlərin sizing üçün heç bir faydası və biz (Əhli-sünnə) üçün heç bir zərəri yoxdur, çünki, biz İbn Əbil-Hədidi Əhli-sünnədən hesab etmirik.

İbn Həbbanın cavabında qısa olaraq deyə bilərəm ki, doğrudur, İbn Əbil-Hədid mötəzilə məzhəbinə mənsubdur. O, Osman və Müaviyəni tam ədalətli bilməsə də Əbu Bəkr və Öməri tam ədalətli bilir. İbn Əbil-Hədid Mötəzili “imamət” bəhsində Əhli-sünnə ilə heç də fərqlənmir və Əhli-sünnə ilə həmfikirdir. O Əbu Bəkr və Ömərin xəlifəliyini haqq olaraq qəbul etmişdir. Deməli, İbn Həbbanın iradı xüsusilə də imamət məsələsində yersizdir.

Bəli, bu Qədir-xum hadisəsinin möcüzələrindəndir ki, insanların iç üzünü faş etdi. Deməli tam aydın oldu və heç bir müəmma qalmadı ki, Qədir-xum hədisi ilə sənədinin və ya dəlalətinin zəifliyinə xatir müxalifət etməyirlər, xüləfanın Hz. Peyğəmbərin (s) nəzəri müqabilində etdikləri ictihadları yozmaq üçün Qədir hədisinə qarşı çıxırlar!

Təəccüblə qeyd edirəm ki, ikinci xəlifənin tabeçiləri (məs: Səhih-i Müslimin şərhçisi Nəvəvi) Peyğəmbəri müdafiə etmək əvəzinə ikinci xəlifənin yardımına tələsdi. O deyir: “Peyğəmbər vəsiyyət etmək üçün kağız-qələm istəməsini və Ömərin o istəyə sərt cavabı və ona mane olmasını bütün alimlər bilir. Bu Ömərin diqqətli və anlayışlı insan olduğunun əlamətidir! Çünki, o qorxurdu ki, Hz. Peyğəmbər elə bir şeylər yazar, elə tapşırıqlar verər ki, camaat onun ədasından aciz olar və nəticədə İlahi əzaba düçar olarlar. Çünki, Peyğəmbər Əlinin adını açıq-aşkar desəydi, ictihad yersiz olardı. Bu səbəbdən Ömər dedi: حسبنا کتاب‏ اللّه‏ [“əl-Minhac fi şərhi Səhih müslim ibn il-Həccac”, Əbu Zəkəriyya Yəhya ibn Şərəf ibn Məri ən-Nəvi, 11-ci cild, səh: 90: “Babu tərkil-vəsiyyəti limən ləysə ləhu şeyun”]

قال: فقد اتفق‏ العلماء المتکلمون‏ فی‏ شرح الحدیث على أنه من دلائل فقه عمر و فضائله و دقیق نظره، لأنه خشی أن یکتب (ص) أمورا ربما عجزوا عنها و استحقوا العقوبة علیها لأنها منصوصة لا مجال للاجتهاد فیها، فقال عمر: حسبنا کتاب اللّه‏

Belə bir müsəlman alimə nə demək olar?! Qurani-Kərimin Hz. Peyğəmbər (s) barəsində; “O, kefi istəyəni (havadan) danışmır. Bu, ancaq (Allah dərgahından) nazil olan bir vəhydir”. ما یَنْطِقُ‏ عَنِ الْهَوى إِنْ هُوَ إِلاَّ وَحْیٌ‏ یُوحى  [Nəcm surəsi, 3-4-cü ayələr] bu ayəni bilə-bilə o həzrətin fikirlərinə və sözlərinə əhəmiyyət vermir. Amma Ömərin Hz. Peyğəmbərin (s) hüzurundakı ədəbsizliyini yozur, “Ömər ictihad etmişdir” və “din üçün ürək yandırmışdır- kimi ifadələrlə ikinci xəlifəyə bəraət qazandırmaq və onu sudan quru çıxarmaq istəmişdir. Hətta utanmadan, xəlifənin bu işi ilə fəxr etdiyini də dilə gətirmişdir!!

فَلا وَ رَبِّکَ لا یُؤْمِنُونَ حَتَّى یُحَکِّمُوکَ‏ فیما شَجَرَ بَیْنَهُمْ ثُمَّ لا یَجِدُوا فی‏ أَنْفُسِهِمْ حَرَجاً مِمَّا قَضَیْتَ وَ یُسَلِّمُوا تَسْلیما

“Amma, xeyr! (Ya Rəsulum!) Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim (münsif) təyin etməyincə və verdiyi hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam bir itaətlə boyun əyməyincə, (həqiqi surətdə) iman gətirmiş olmazlar”. [Nisa surəsi, 65-ci ayə].

 

  • Riyakarcasına tərifdən tutmuş haqqı gizlətməyə qədər!

Aydın məsələdir ki, dünya hər kəsə “ləbbeyk” deyərsə (ona üz tutarsa), camaat da onu tərifləməyə başlayar. Hətta başqalarının yaxşı xüsusiyyətlərini onun ünvanına yazarlar, onu mədh edər və barəsində xüyli kitab, şer və sair yazarlar. Qəribədir ki, Hz. Peyğəmbərin (s) bəzi əshabı Əlinin (ə.s) xəlifə olduğu zaman onun fəzilətlərinə şahidlik etməli idi.  Əli (ə.s) xəlifə olduğu müddətdə bəzi şəxslərin ona qarşı tərəddüdünü gördü. Əlinin Peyğəmbər tərəfindən seçilməsini və xilafətə Əbu Bəkr və Ömərdən daha layiq olmasını bəzi səhabələr qəbul etmirdi. Əli (ə.s) Kufə sarayında camaatın arasında onlara and verdirdi ki, Qədir-xumda iştirak edən və Hz. Peyğəmbərin sözlərini eşidən hər kəs ayağa qalxsın və şahidlik etsin. İyirmi dörd nəfər qalxıb şəhadət verdilər ki, həzrət Peyğəmbər (s) bu “من کنت مولاه فعلی مولاه اللهم وال من والاه و عاد من عاداه” bu cümləni buyurmuşdur. O cümlədən şəhid Əmmar Yasir, şəhid Haşim Mirqal, şəhid Xuzeymə ibn Sabit və Əbu Əyyub Ənsari və başqaları idi. Əllamə Əmini “əl-Ğədir” kitabında onların adlarını qeyd etmişdir. [əl-Ğədir, 1-ci cild, səh: 184].

Amma Qədir-xumda iştirak edən digər səhabələr şahidlik etmədi. Onlardan biri Ənəs ibn Malik idi. Həzrət ona dedi: “Sən Qədir-xumda iştirak etmişdin, niyə şəhadət vermirsən”? o isə: “mən qocalmışam və unutmuşam”-dedi. Həzrət ona buyurdu: “Əgər yalan deyirsənsə Allah səni alaca xəstəliyinə mübtəla etsin!” Həzrəttin qarğışından bilafasilə sonra Ənəs alaca oldu. Təlhə ibn Umeyr deyir: “Allaha and olsun ki, onun iki gözünün arasındakı alacanı gördüm”. Qədir-xumda iştirak edib şəhadət verməyənlərin biri də Bərra ibn Azib idi. O həqiqəti gizlətdi və İmam Əlinin (ə.s) qarğışı nəticəsində kor oldu. Hər iki şəxs bu hadisədən sonra peşman oldular. Ənəs ibn Malik and içdi ki, bundan sonra Əlinin fəzilətlərini gizlətməyəcək. Bərra ibn Azib kor olduğu üçün ətrafdakılardan evinin yolunu soruşurdu. Camaat ona yol göstərəndə o camaata belə deyirdi: “Əlinin qarğışını (nifrinini) qazanmış insan yolunu necə tapa bilər”?! İbn Əbil-Hədid Nəhcül-bəlağənin şərhində bu qissəni nəql etmişdir. [əl-Ğədir, 1-ci cild, səh: 190].

 

Sep 08, 2017 16:53 Asia/Baku
Şərhlər