• İnqilab rəhbərinin iştirakı ilə Əba Əbdillahın(ə) əzadarlıq mərasimi
    İnqilab rəhbərinin iştirakı ilə Əba Əbdillahın(ə) əzadarlıq mərasimi

Əba Əbdillahil-Hüseynin(ə) əzadarlığı gecəsi İslam İnqilabının Böyük Rəhbərinin, eləcə də dövlət rəsmiləri və minlərlə xalq kütləsinin iştirakı ilə İmam Xomeyni(r.ə) Hüseyniyyəsində keçirilib.

Mərasimdə çıxış edən Höccətül-islam vəl-müslimin seyid Əhməd Xatəmi dini müdafiə və din yolunda fədakarlığın Həzrət Seyyidəşşühədanın(ə) qiyamının ən önəmli təlimlərindən biri olduğunu bildirərək deyib: İmam Hüseyn(ə) özünün tarixi hərəkətini, tədbirlə, aydınlatmaqla və böyük əzmkarlıqla başlatdı və bu yolun sonunu və Allah yolunda şəhadəti bilərək, məqsədinin Quran və peyğəmbərin(s.ə) sünnəsinin hakimiyyəti olduğunu bildirdi və göstərdi ki, canı mühafizə bəhanəsi ilə Allahın dinini müdafiədə səhlənkarlığa yol vermək olmaz. 

Bu mərasimdə Mirza Məhəmmədi və Ərzi də şəhidlərin ağası və onun məzlum balalarına mərsiyələr oxuyublar. 

Sep 28, 2017 09:41 Asia/Baku
Şərhlər