• İmam Zeynəlabidin(ə)-ın şəhadətinin ildönümü günü
    İmam Zeynəlabidin(ə)-ın şəhadətinin ildönümü günü

Sabah, 1439-cu hicri qəməri ili məhərrəm ayının on ikisi, Həzrəti Peyğəmbər(s.ə.s)-in övladlarından olan İmam Hüseyn(ə)-ın oğlu, Səccad ləqəbli İmam Zeynəlabidin(ə)-ın şəhadətinin ildönümü günüdür.

Şiələrin dördüncü imamı- İmam Zeynəlabidin(ə) 38-ci hicri qəməri ilində Mədinə şəhərində dünyaya göz açıb. O həzrət İslam Peyğəmbəri(s.ə.s)-in xanədanına çox çətin keçən bir dövrdə yaşayırdı.

Kərbəla hadisəsi zamanı xəstəlik yatağında olan İmam Səccad(ə) İmam Hüseyn(ə)-ın böyük hərəkatından sonra bu hərəkatın müraciətini yaymaq və möhtərəm atasının yolunu davam etdirmək kimi ağır məsuliyyəti üzərinə götürdü və bu qiyamın mahiyyəti və əhəmiyyətinin göstərilməsi istiqamətində böyük səy göstərdi.

Şiələrin dördüncü imamı İslam mədəniyyəti və sivilizasiyasının əsasının qoyulmasında və əsl Quran təlimlərinin yayılmasında da səy göstərdi və özünəməxsus uzaqgörənliklə müsəlman alimlər yetişdirdi ki, bu yolla Quran və İslam Peyğəmbəri(s.ə.s)-in ənənəsi qorunmuş olsun.

O həzrət layiqli insanları bir yerə toplayaraq, onları özünün dini təlimləri altında qərar verdi. Belə ki, tarixin rəvayətinə görə, o həzrətin görkəmli şagirdləri 170 nəfərdən yuxarı qeyd olunubdur.

İmam Səccad(ə)-dan digər bir dəyərli irs qalıbdır ki, o da dua formasında İslamın ölməz təlimlərinin bəyanıdır. Bu dəyərli sözlər “Səhifeyi Səccadiyyə” adı altında olan bir kitabda toplanıb və müsəlmanların mötəbər kitablarından sayılır.

İran İslam Respublikasının TeleRadio Təşkilatı İmam Səccad(ə)-ın şəhadətinin ildönümü günü münasibətilə bütün dünya müsəlmanlarına, xüsusən şiələrə başsağlığı verir.

 

 

 

Oct 02, 2017 21:49 Asia/Baku
Şərhlər