• Hindistanda Həzrət Məhəmmədin (s.ə.s) mövludu şənlikləri keçirilib
    Hindistanda Həzrət Məhəmmədin (s.ə.s) mövludu şənlikləri keçirilib

Hindistan paytaxtı Yeni Dehli və digər şəhərlərində əziz islam peyğəmbəri Həzrət Məhəmmədin (s.ə.s) mövludu şənliyi möhtəşəm şəkildə keçirilib.

Əziz peyğəmbər Həzrət Məhəmmədin (s.ə.s) mövlud şənliyi Yeni Dehlidə keçirilib.

Müsəlmanlar şer və çıxış mərasimi təşkil edərək İslamın əziz peyğəmbərinin mövludu, böyük bayramını qeyd ediblər.

Hindistanlı müsəlman deyib: İslamdan öncə insanlar qaranlıq mühitdə yaşayırdı. Onun gəlişi ilə insanların həyatına nur saçdı.

Şənlik mərasimində natiqlər islam dinini bütün bəşəriyyət üçün xilaskar adlandırıb və islam adına terrorizmin genişləndirilməsini pisləyiblər.

Başqa bir müsəlman deyib: İslam peyğəmbəri sülh və qardaşlıq müraciətini insanlar arasında yaydı. Biz onun yolu ilə gedərsək, zorakılıq, zülm və fəsad məhv olacaqdır.

Hindlilər də müsəlmanların peyğəmbərinin mövludu şənliyində iştirak ediblər və onlarla bu günün yad edilməsində həmrəy olublar.

Bir hindli deyib: O bəşəriyyət üçün yaxşı mesaj vermişdir. İslamın əziz elçisinin mesajı bütün bəşəriyyət üçün sülh və sevgidir.  

Dehli müsəlmanları bu gündə bir-birlərinə gül verərək, nəzirlər və şirnilər paylayaraq və küçələrdə şənlik yürüşləri keçirərək bu böyük bayramı şənlik ediblər.

Hindistanlı müsəlman deyib: İslam peyğəmbərinin mövlud bayramı beynəlxalq şənlikdir və mən insanlara xurma paylayıram.

Əziz islam peyğəmbərinə sevgi hamının ürəyində döyünür. Uşaqlar, gənclər, böyüklər və yaşlılar sonuncu peyğəmbərin mövludu günündə şənlik edirlər.

 

Teqlər

Dec 02, 2017 21:35 Asia/Baku
Şərhlər