• Yəlda gecəsi
    Yəlda gecəsi

Yəlda, qışın ilk, payızın isə son gecəsidir. İranlılar bir neçə min ildir ki, il boyu ən uzun və ən qaranlıq gecə olan Yəlda gecəsini dan yeri ağaranadək oyaq qalaraq, bir-birinin kənarında qeyd edirlər.

Yəlda gecəsi və bu gecədə keçirilən şənliklər qədim bir ənənədir və bu mərasim qədim zamanlardan bəri iranlılar arasında qeyd olunur. İranlılar bu gecədə böyüklərin yanında olmağa, Yəlda gecəsinə məxsus yemək və xörəkləri yeməyə və Hafiz falı tutmağa çalışırlar. Bir sözlə, "qara gecənin sonu, ağdır" deyərək, vaxtlarını şad keçirirlər.

Dec 21, 2017 20:14 Asia/Baku
Şərhlər