• Laricani Həzrət İsanın (ə) doğum günü münasibəti ilə təbrik müraciəti ünvanladı
    Laricani Həzrət İsanın (ə) doğum günü münasibəti ilə təbrik müraciəti ünvanladı

İran İslam Şurası Məclisinin sədri xristian ölkələri parlament sədrlərinə ünvanladığı müraciətdə Həzrət İsanın (ə) doğum günü münasibəti ilə onları təbrik edib.

İran Parlamenti informasiya agentliyinin məlumatına görə, Əli Laricani bu müraciətdə bildirib: Yüksək humanist dəyərlər, yəni Həzrət İsa (ə) kimi Allah peyğəmbərlərinin həmişə müjdə verdiyi sülh, ədalət və inkişafa nail olmaq istiqamətində ilahi dinlərin ardıcıllarının anlaşması və dialoqu bugünkü dünyanın zərurətidir.

Sabah 25 dekabr Həzrət İsanın (ə) doğum günüdür.

Dec 24, 2017 19:19 Asia/Baku
Şərhlər