• İmam Həsən Əsgəri (ə)-ın mövludu mübarək
    İmam Həsən Əsgəri (ə)-ın mövludu mübarək

Sabah çərşənbə Rəbiül-Sani ayının 8-i Şiələrin 11-ci imamı Həzrət İmam Həsən Əsgəri (ə)-ın viladətinin ildönümü günüdür.

İmam Həsən Əsgəri (ə) 232-ci hicri qəməri ilində Mədinə şəhərində dünyaya göz açdı.

Atası İmam Hadi (ə) şəhid olduqdan sonra İmam Həsən Əsgəri (ə) 22 yaşında müsəlmanların imamlığı və rəhbərliyini üzərinə götürdü ki, Allahın əmri ilə nurlu haqq və ədalət yolunda insanlara başçılıq etsin.

Bu altı illik dövrdə o həzrətin qarşısında çoxlu çətinlik və maneələr vardı. Abbasi hakimləri onun üçün çoxlu məhdudiyyətlər yaratmışdılar.

İmam Həsən Əsgərinin (ə) imamlığı dövrü vəd olunmuş övlad Həzrət Mehdinin (əc) dünyaya gəlməsinə görə çox həssas və çətin dövr idi. Çünki Abbasi hökumətinin məmurları belə övladın dünyaya gəldiyi halda onu məhv etmək üçün şəraitə nəzarət edirdilər.

İmam Həzrət Mehdi (əc) Allahın lütfü ilə dünyaya gəldi, atasının şəhid olmasından sonra gözlərdən qeybə çəkildi ki, zamanından yalnız Allahın xəbərdar olduğu gələcəkdə Allahın əmri və iradəsi ilə zühur etsin və şirk, küfr və zülmü tamamilə aradan qaldırsın.

 

Səhər televiziya kanalı imamlıq və vilayət səmasının 11-ci ulduzu Həzrət İmam Həsən Əsgərinin (ə) səadətli viladətinin ildönümünün gəlib çatması münasibəti ilə bütün müsəlmanları xüsusiylə şiələri təbrik edir. 

Teqlər

Dec 26, 2017 20:05 Asia/Baku
Şərhlər