• Həzrət Fatimə Məsumənin (s.ə) vəfatının ildönümü
    Həzrət Fatimə Məsumənin (s.ə) vəfatının ildönümü

1439-cu hicri qəməri ili 10 rəbiüs-sani, 2017-ci il 29 dekabr dünya şiələrinin 8-ci imamı Həzrət İmam Rzanın (ə) əziz bacısı Həzrət Fatimə Məsumənin (s.ə) vəfatının ildönümü günüdür.

Həzrət Fatimə Məsumənin (s.ə) pak ziyarətgahı Tehran vilayətinin cənubunda müqəddəs Qum şəhərində yerləşib. Qum şəhəri dünya şiələrinin 7-ci imamı Həzrət İmam Musa Kazımın (ə) qızı Həzrət Fatimənin (s.ə) vəfatının ildönümü gecəsində matəmə qərq olub.

Bu şəhər əhalisi əzadarlıq əlaməti olaraq qara bayraqlar dalğalandıraraq və müxtəlif əzadarlıq mərasimləri keçirərək İslamın bu əziz xanımı və Əhli-Beytə (ə) sevgilərini nümayiş etdirir.

Bu gecə Həzrət Məsumənin (s.ə) pak ziyarətgahında xüsusi çıxışlar və məddahlıq mərasimləri təşkil olunur və o həzrətin zəvvarları əzadarlıq edirlər.

İran İslam Respublikası Radio və Televiziya Təşkilatı Həzrət Məsumənin (s.ə) vəfatının ildönümünün gəlib çatması ilə əlaqədar müsəlmanlar və azadlıqsevərlər, xüsusilə də şiələrə başsağlığı verir.

Teqlər

Dec 28, 2017 21:31 Asia/Baku
Şərhlər