• Qom şəhəri Həzrət Məsumə(s.ə)-nın vəfatının ildönümü günündə matəm içindədir
    Qom şəhəri Həzrət Məsumə(s.ə)-nın vəfatının ildönümü günündə matəm içindədir

Müqəddəs Qom şəhərinin əhalisi Həzrət Fatimeyi-Məsumə(s.ə)-nın vəfatının ildönümü günündə müxtəlif əzadarlıq mərasimləri keçirib, Əhli-Beyt(ə) vurğunlarını qarşılayaraq, matəmə qərq olubdur.

Bu gün, 1439-cu hicri qəməri ili rəbiüssani ayının onu və 2017-ci milad ili dekabrın 29-u, dünya şiələrinin səkkizinci imamı Həzrət İmam Rza(ə)-ın əziz bacısı Həzrət Fatimeyi-Məsumə(s.ə)-nın vəfatının ildönümü gününə təsadüf edir.

Həzrət Fatimeyi-Məsumə(s.ə)-nın pak hərəmi müqəddəs Qom şəhərində yerləşir. 

İslam dünyasından və İranın müxtəlif məntəqələrindən gəlmiş paklıq Əhli-Beyti(ə)-ın vurğunları müqəddəs Qom şəhərində olaraq, Həzrət Məsumə(s.ə)-nın hərəminin müxtəlif səhnlərində əzadarlıq bayraqları qaldırıblar. Onlar matəm mərasimlərində iştirak edərək, İslamın bu böyük qadınının ürəkyandırıcı kədərində göz yaşları axıdıblar.

Müqəddəs Cəmkəran məscidində də Həzrət Məsumə(s.ə)-nın vəfatı ilə bağlı müxtəlif əzadarlıq mərasimləri keçirilib və zəvvarlar bu böyük müsibət münasibətilə İmam Zaman(əc)-ə başsağlığı veriblər.

Həzrət Məsumə(s.ə)-nın vəfatının ildönümü günü ilə bağlı mərasimlər Qom şəhərinin digər dini məkanlarında, o sıradan bu şəhərin məscidləri, təkyələri və imamzadələrində də keçirilibdir.

Dec 29, 2017 14:18 Asia/Baku
Şərhlər