• İslam İnqilabının dinamikliyi rəhbərliyin baxışından
    İslam İnqilabının dinamikliyi rəhbərliyin baxışından

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei hava qüvvələrinin mühafizə bölməsinin 1357-ci günəş ili bəhmənin 19-da İmam Xomeyni(r.ə.) ilə tarixi beyətinin ildönümü günü ilə bir vaxtda hava qüvvələrinin, ordunun hava hücumundan müdafiə qərargahının komandanları və işçilərindən bir qrupu ilə görüşdə İslam İnqilabını canlı bir həqiqət adlandırıblar.

O həzrət vurğulayıblar ki, inqilabın bugünkü davamı və möhkəmliyi əvvəlki günlərdən daha çoxdur. O həzrət belə qeyd ediblər: Bugünkü inqilabçılar inqilabın ilk günlərinin inqilabçılarından daha müqavimətli, daha agah və daha gözüaçıqdırlar və bu əsasda inqilab irəliləyib və təkamül tapıbdır.

İran İslam İnqilabı 39 il bundan öncə 1357-ci günəş ili bəhmənin 22-də, 1979-cu milad ili fevralın on birində qələbə çaldı. Dünya imperializminin bütün təzyiqləri, düşmənçilikləri və küdurətlərinə rəğmən, özünün ilkin prinsip və amallarından azacıq da olmuş-olsa belə geri çəkilməyib və güclü əhval-ruhiyyə və səbatla öz yolunu davam etdiribdir.

İran xalqının zorakı qüdrətlər qarşısındakı müqaviməti İran İslam Respublikası quruluşunun məzlum xalqların hüquqlarının himayəsi xüsusiyyət təşkil etməklə regional və beynəlxalq meydanlardakı imkanlarını aşkar etdi. Fələstin, Əfqanıstan və Yəmənin məzlum xalqları, məzlum Ruhinqa müsəlmanlarının hüquqlarını himayə bu inqilabın prinsip və amallarından irəli gələn bir cərəyandır ki, heç vaxt zamanın axarında rəngini itirməmiş və ya unudulmamışdır.

İslam İnqilabının Böyük Rəhbərinin təbirincə desək, beynəlxalq səviyyədə zülm və pozğunluq qarşısında dayanmaq və onu rüsvay etmək İran İslam Respublikası quruluşunun prinsipial siyasətlərindəndir. İslam İnqilabı yüksək insani dəyərləri bərpa edərək, canlı bir həqiqətə çevrilibdir ki, indi də cərəyan etməkdə və əsər göstərməkdədir. İran xalqının 22 bəhmən yürüşləri kimi böyük qəhrəmanlıq günlərindəki əzəmətli iştirakı da İran xalqının inqilabçı ruhiyyəsinin davam etməsinin nişanəsidir və İslam İnqilabı dəyərləri və nailiyyətlərinin davam etməsindən xəbər verir.

Feb 09, 2018 19:30 Asia/Baku
Şərhlər