• Xalqın səsi; İnqilabın günbəzi altında daim yaşayacaq səs
    Xalqın səsi; İnqilabın günbəzi altında daim yaşayacaq səs

İran xalqının islami hərəkatı azadlıqsevərlik, istiqlalsevərlik, ədalətsevərlik, həmçinin istibdad, korrupsiya və yoxsulluqla mübarizə səsinin eşidilməsi idi ki, nəhayət 1357-ci ildə İslam İnqilabı ilə nəticələndi.

İran İslam İnqilabı və onun mühüm səmərəsi yəni İran İslam Respublikası ümumi tələblərin məhsulu idi ki, istibdada qarşı onillərlə mübarizə və dini rəhbərliklə İran, region və hətta dünyada dərin və çoxistiqamətli dəyişikliklər yaratdı. Pəhləvi istibdad rejiminin kökünün kəsilməsilə İslam İnqilabı yeni bir layihə yaratdı ki, İran xalqının istəyinin onun qəbul etdiyi qanunlar çərçivəsində dini demokratiyada bədii mexanizminə zəmin olmuş olsun. Keçmiş sıradan çıxmış mexanizmlərin dağılması o zaman baş verdi ki, onun hökmranları xüsusən Məhəmməd Rza Pəhləvi öz hökumətini hər təhlükədən uzaqda və qüdrət başında görürdü.

Xalqın coşan axını ilə üzləşmə, qəflətən zavalsız monarxiyanın qarışmış röyasına möhkəm bir şillə vurdu və şahı bunu etiraf etməyə məcbur etdi: Mən də siz İran xalqının müraciətini eşitdim. Bu gecikmiş etiraf faydasız oldu ki, nəhayət İranda yeni bir hərəkət şahənşahlıq hökumətinin sonuncu xarabalıqlarını məhv etmiş olsun. İslam İnqilabının Fəcr Ongünlüyü ərəfəsində idi ki, ölkə prezidenti mübarizə illərini xatırladaraq, İnqilab təlimləri və təcrübələrinə göz yummağın xətərlərinə işarə etdi.

İranın müasir tarixində ümumi tələblərin formalaşmasının başlanğıc nöqtəsini bir çoxları Naseri dövründə Tənbəki hərəkatı bilirlər ki, o tarixi dövrün xalqının bir qrupunun maaş problemi və müstəmləkəçiliklə mübarizə stimulları dini mərcəiyyətin hidayəti əsasında ozamankı istibdadı ümumi səsi eşitməyə vadar etdi. İllər sonra xalqın Qacar monarxiyasının pozğun əməllərindən təngə gəlməsi, aclıq, yoxsulluq və ədalətsizliyin genişlənməsi sultanın mütləq qüdrətinə qarşı ümumi qiyam ilə nəticələndi. Bu qiyam inqilabi təfəkkürlərin, idxal olunmuş demokratiyanın və bəzi əcnəbi dövlətlərin təsiri altında olmasına görə, 1285-ci günəş ilində Məşrutə adlı yarımçıq inqilabla nəticələndi. 1357-ci ildə isə xalqın səsi hər zamandakından daha güclü şəkildə İranda əsaslı və hərtərəfli bir dəyişikliyi fəryad edirdi.

Feb 09, 2018 19:48 Asia/Baku
Şərhlər