• 36-cı Fəcr Film Festivalı
    36-cı Fəcr Film Festivalı

İslam İnqilabının qələbə çalmasının ildönümünə həsr edilmiş Fəcr Film Festivalı davam edir.

Bu gün cümə, Fəcr Film Festivalının 8-ci günündə 3 fərqli janrda olan “Müsadirə”, “Anlaşılmazlıq” və “Ağacdələn” filmləri ekran edilib.

Fəcr Film Festivalının 7-ci günü Tehranın “Millət” kinoteatrında qeyd olunub. Kinomatoqraflar, tənqidçilər, jurnalistlər və kino sevərlərin iştirak etdiyi bu mərasimdə “Nostalgiya”, “Vurğu” və “Mahura” filmləri ekran edilib.

“Nostalgiya” filmi gənc rejissor Purya Azərbaycaninin ikini işidir. Filmin mövzusu müasir dövrümüzün əsas qayğılarından olan yalnızlıqdır.

Purya Azərbaycani öz filmində artıq heç bir səmimiyyətə malik olmayan bir ailədən bəhs edir. Və onun dediyinə görə, filmin dastanı bir çox müasir ailənin həyat tərzinin güzgüsü sayıla bilər.

Dünən izləyicilərin diqqətini özünə cəlb etməyi bacaran filmlərdən biri də “Mahura” filmi idi.

Həmidə Zərgərnejadın rejissorluq etdiyi “Mahura” filminin dastanı, Müqəddəs Müdafiə dövrünə aid, real bir hadisədən bəhs edir. Hadisələr İranın İraq ilə sərhəd kəndlərindən birində cərəyan edir.

İranın xarici işlər naziri də “Şam Vaxtı” filmini izlədikdən sonra öz hisslərini bu şəkildə bəyan etdi: “Bu filmin hər bir anı hər bir şeyini bizlər üçün fəda edən insanların fədakarlıqları və qəhrəmanlıqlarından bəhs edir.”

Statistik məlumatlara görə, bu ilki Fəcr Film Festivalı tamaşaçı sayı baxımından ötən illərdəki festivalları xeyli geridə buraxıb.

36-cı Fəcr Film Festivalının başa çatmasına sadəcə iki gün qalır. Buna baxmayaraq, festivalın qalibi olacaq filmlər artıq indidən müəyyənləşməyə başlayıb.

 

Feb 09, 2018 20:05 Asia/Baku
Şərhlər