• 21 bəhmən; İslam İnqilabı Fəcr Ongünlüyündə daha bir dönüş nöqtəsi
    21 bəhmən; İslam İnqilabı Fəcr Ongünlüyündə daha bir dönüş nöqtəsi

İslam İnqilabı Fəcr Ongünlüyünün 10-cu gününün maraqlı hadisələri vardır. Həmin günün səhərisi zalım Şahlıq rejiminə qarşı xalq inqilabının qələbəsi hər yeri bürüdü. Bugünkü proqramımızda 21 bəhmən 1357-ci günəş ili, 10 fevral 1979-cu ildəki önəmli hadisələrə diqqət yetirəcəyik.

Ötən gecə Hərbi Hava Qüvvələri ilə Şahlıq Qvardiyası arasında güclü toqquşmalar baş verdi, Səhəri də bu toqquşmalar davam etdi.

21 bəhmənə keçən gecənin ilk saatlarında Duşan Təpə Təlim Mərkəzindən təcili yardım maşınlarının çıxması ilə qaçmağa nail olan əsgərlərdən biri baza daxilindəki toqquşmalar haqda vətəndaşlara ətraflı məlumat verdi.

Bazadan çıxmağa nail olan bu əsgər öz silahlarını vətəndaşlara verdi. Beləliklə ilk dəfə olaraq bu silahlar vətəndaşların əlinə keçdi.

Tehranın Hərbi Komandanlığı 40 saylı bildirişində 22 bəhmən bazar günü saat on ikiyə qədər hərbi komendant saatını artırdı.

İmam da hökumətə reaksiya verdi: Hərbi komendant saatının elan olunması şəriətə qarşıdır və vətəndaşlar heç bir vəchlə bu vəziyyətə etina etməyəcək.

Tehranda bir neçə polis mərkəzi vətəndaşların nəzarətinə keçdi.

Tehran və ətraf hərbi komandanı general Rəhimi tabeliyində olan qüvvələrdən dərhal hərəkatın bütün rəhbərləri, o cümlədən İmam Xomeyni, Ayətulla Taliqani və Mehdi Bazərqanı həbs edərək təyyarə ilə adalardan birinə köçürməsini istədi.

Vətəndaşlar Hərbi Hava Qüvvələri ilə toqquşmaq üçün Fərəhabada ezam olunan bir neçə tank və zirehli avtomobili sıradan çıxardılar.

Səhər saat 10-da Hərbi Hava Qüvvələrinin silah anbarı vətəndaşların üzünə açıldı. Üzərində yazılar olan minlərlə kardon və kağız parçası şəhər səviyyəsində əllərdə gəzirdi: Hərbi xidməti olan hər bir şəxs silah almaq üçün Hərbi Hava Qüvvələrinin mərkəzinə getsin.

Qəzvin zirehli alayı hərbi hökumət qüvvələrini dəstəkləmək üçün şəhərə daxil oldu. Lakin Sepəh prospektində vətəndaşların hücumu ilə üzləşdi.

Tehrana bitişən şəhər yolları ətraf məhəllələrin sakinləri tərəfindən bağlandı. Belə ki, qonşu şəhərlərdə orduya kömək qüvvələrinin gəlməsinin qarşısı alınsın.

2 və 3-cü dəfə çıxan qəzet tirajları vətəndaşlar arasında əlbəəl gəzirdi.

ABŞ prezidenti Cimmi Karterin milli təhlükəsizlik üzrə müşaviri Bjezinski gecə yarısı müdafiə naziri general Braun və MKİ şefi general Törner çevriliş planını irəli sürdü və onların razılığını qazandı. İki gün öncə İrandan qayıtmış ABŞ-ın xüsusi hərbi elçisi general Hayzer ordunn çevrilişə hazırlığı haqda məlumatlar əldə etdi.

Tehranda milyonlarla qadın-kişi küçələrə axışaraq ordunun çevriliş imkanının qarşısını aldı.

İranın əksər şəhərlərində vətəndaşlarla ordu arasında hərtərəfli savaş gedirdi.

Xəstəxanalar ölü və yaralı ilə doldu. Milli Təbiblər Təşkilatının xilasetmə komitəsi gecə saat 11-ə qədər Tehran şəhidlərinin sayını 126, yaralıların sayını isə 634 nəfər elan etdi.

Səhərin açılması ilə Hərbi Dəniz Qüvvələri də Hərbi Hava Qüvvələrinə qoşuldu və əsgərlərinin çoxunun vətəndaşlara qoşulduğu Hərbi Piyada Qüvvələri və hər an zəifləməkdə olan Hərbi Hava Qüvvələrinin piyada qüvvələri Şah rejiminin xidmətində qalmışdı.

Bəxtiyar Keyhanla müsahibədə bildirdi: Qanuni yolla və Təsisçilər Məclisinin təşkil olunması ilə şahlıq rejiminin respublika sisteminə dəyişilməsi mümkündür.

Ötən gün istefasını qəbul etməkdən çəkinən şahın baş naziri Şapur Bəxtiyar Senatda müzakirəyə hazır olduğunu bildirdi.

Feb 10, 2018 13:55 Asia/Baku
Şərhlər