• Həzrət Fatiməyə(s) ikinci matəm gecəsi mərasimi inqilab rəhbərinin iştirakı ilə keçirilib
    Həzrət Fatiməyə(s) ikinci matəm gecəsi mərasimi inqilab rəhbərinin iştirakı ilə keçirilib

Həzrət Fatimeyi Zəhranın(s) şəhadətinin ildönümü günlərində ikinci matəm gecəsi mərasimi silam inqilabının böyük rəhbərinin, dövlət rəsmiləri və xalq kütlələrinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə keçirilib

Minlərlə xalq kütləsi və dövlət rəsmilərindən ibarət bir qrupun iştirakı ilə keçirilən mərasimdə Höccətül-islam Rəfii çıxış edərək deyib: Quran ayələri və məsumların(ə) kəlamında eləcə də ayrı-ayrı müsəlman və qeyri-müsəlman şəxsiyyətlərin əsərlərində həzrət Zəhranın(s) fəzilətləri barədə önəmli cəhətlər öz əksini tapıb. 

Natiq Allaha bəndəlik, qorxmazlıq, fədakarlıq, ədəb, insaf və eldarlığın Həzrət Fatimənin(s) bariz xüsusiyyətləri sırasında olduğunu bildirərək deyib: Həzrət Fatimə(s) Həzrət Əmirəl-mömininin(ə) imamət və vilayətini müdafiə uğrunda canı və abrısını qoydu və bizim şəhidlərimiz də bu böyük xanımın yolunu gedərək canlarını dini müdafiə yolunda fəda edirlər. 

Çərşənbə axşamı fevralın 20-si , 1439-cu il cəmadiüssani ayının 3-ü əziz islam peyğəmbəri həzrət Məhəmməd Mustafanın(s.ə) əziz qızı şiələrin birinci imamı həzrət Əli İbn Əbi Talibin(ə) həyat yoldaşı həzrət Fatimeyi Zəhranın( s) şəhadətinin ildönümü gününə təsadüf edir. 

Həzrət Fatimeyi Zəhra(s) bəzi rivayətlərə görə 11-ci hicri qəməri ili cəmadiül-əvvəl ayının 13-də , başqa rivayətlərə görə isə cəmadiüssani ayının 11-də şəhid olub. 

Teqlər

Feb 19, 2018 10:55 Asia/Baku
Şərhlər