• Bu gün həzrət Fatimeyi-Zəhranın(s.ə) mübarək mövlud günüdür
    Bu gün həzrət Fatimeyi-Zəhranın(s.ə) mübarək mövlud günüdür

Bu gün cümə 9 mart 2018-ci il (1439-cu hicri qəməri ili, cəmadiüssani ayının 20-si) İslam peyğəmbərinin(s.ə.s) əziz qızı xanım Fatmənin(s.ə) mübarək mövlud günüdür.

Həzrət Fatimeyi-Zəhra(s.ə) hicrətdən 8 il öncə cəmadiüssani ayının 20-də Məkkə şəhərində dünyaya göz açıb. 

Xanım Fatimə əziz atası Həzrət Məhəmməd Mustafanın(s.ə.s) tərbiyəsi ilə elm, fəzilət və kamilliyin zirvəsinə yüksəlir. 

Daha sonra Əli ibn Əbu Talib(ə) ilə ailə quran xanım fatimə dünya qadınları üçün ən yaxşı həyat yoldaşı və ana nümunəsinə çevrilir. Həsən(ə) və Hüseyn(ə) və Zeynəb(s) kimi böyük insanlar yetişdirir. 

Xanım Fatimə(s.ə) hər bir baxımdan dünya qadınları üçün ən ali nümunə sayılır. 

İran təqvimində Fatimeyi-Zəhranın(s.ə) mövlud günü "ana və qadın günü" olaraq qeyd olunur. 

Elə bu münasibətlə o həzrətin mövludu gecəsində İranda bayram və şənlik mərasimləri təşkil edilib. 

Xüsusilə Məşhəd və Qum şəhərləri özünəməxsus bayram havasına malik idi. Küçələr çıraqban edilmiş, üzlərə təbəssüm qonmuşdu. 

Xanım Fatimənin(s.ə) mübarək mövlud günü münasibəti ilə biz də dünya müsəlmanlarını və azad insanları təbrik edirik. 

Mar 09, 2018 09:20 Asia/Baku
Şərhlər