• İmam Əli(ə)-ın mövlud günü və İranda
    İmam Əli(ə)-ın mövlud günü və İranda "Ata günü"

“İmam Əli(ə) bütün bəşəriyyət üçün bir nümunədir”

Bu gün rəcəb ayının on üçü möminlər əmiri həzrət Əlinin(ə) dünyaya göz açdığı gündür. Maraqlıdır, bu gün İran təqvimində həm də atalar günü olaraq qeyd olunub. Bəli, eşq kitabında “ata” və “Əli” eyni mənaya malikdir.

“Ata” – vəsfində sözlərin yetərsiz qaldığı varlıq. “Ata həyatın mənasıdır.” “Ata eşq və mehribanlıqdır”. “Ata dayaqdır”. “Ata, dağ kimi bir arxadır”

Ata ürəyi sonu görünməyən bir ümmandır. Ataların qədrini bilmək, xatirələrini yad etmək lazımdır. Xüssilə həyatda olmayan fədakar, qəhrəman və şəhid ataları.

“Mən də bir övlad olaraq, atalar gününü təbrik etmək üçün şəhid atamın məzarı üstə gəlmişəm.” - deyə şəhid övladı bildirir.

 

 

 

Teqlər

Mar 31, 2018 20:49 Asia/Baku
Şərhlər