• Həzrət Zeynəbin (s.ə) vəfatının ildönümü gecəsi
    Həzrət Zeynəbin (s.ə) vəfatının ildönümü gecəsi

İslami İran Həzrət Zeynəbin (s.ə) vəfatının ildönümü gecəsində matəm içindədir.

Sabah bazar ertəsi, 15 rəcəb Əziz İslam Peyğəmbərinin (s.ə.s) nəvəsi, Həzrət Fatimə (s.ə) və Həzrət Əlinin (ə) övladı Həzrət Zeynəbin (s.ə) vəfatının ildönümü günüdür. 

Həzrət Zeynəb (s.ə) qardaşı dünya şiələrinin 3-cü imamı Həzrət İmam Hüseynin (ə) kənarında azğınlıq cərəyanı ilə mübarizə apardı və islamı müdafiə istiqamətində Kərbəla faciəsi yarandı. 

O, əziz qardaşı İmam Hüseyn (ə) və vəfalı yoldaşlarının şəhid olmasından sonra, Əhli-Beyt (ə)-ın digər ailə üzvləri ilə birlikdə əsir götürüldü. Lakin həmin əsirlik dövründə məntiqli xütbələri ilə Bəni Üməyyənin alçaq və fəsadlı mahiyyətii ifşa etdi. 

İran İslam Respublikası Radio və Televiziya Təşkilatı Həzrət Zeynəbin (s.ə) vəfatının ildönümü ilə əlaqədar bütün dünya müsəlmanları, xüsusilə də şiələrə başsağlığı verir. 

Apr 01, 2018 20:24 Asia/Baku
Şərhlər