• Bu gün İranda təbiət günüdür

İran xalqı bu gün təbiət günündə qədim adətə görə, yaşıllıqların qoynuna gedir.

Fərvərdin ayının 13-ü, İranda təbiət günü adlandırılıb. Belə ki, təbiət qədim zamanlardan bəri İran xalqının hörmətilə üzləşib və bu xalq onun qorunması və təmiz saxlanılmasında səy göstəribdir.

Hər il 13 fərvərdin novruz tətillərinin sonuncu günüdür və "sizdəh bedər" adını da daşıyır. Belə ki, qədim iranlılar ilin on iki ayını xatırladan on ik gün bayram və şadlıqdan sonra novruzun 13-cü günündə bağ və səhralara gedərdilər ki, bayramın sonuncu gününü təbiətdə, yaşıllıq, bitkilər və axar suların kənarlarında keçirsinlər.

İranlıların novruz bayramının 13-cü günündəki gəzintisi dünyada ən böyük gəzintidir və bu gündə özəl şənlik və mərasimlərin keçirilməsi qədim və tarixi köklərə malikdir.

İran xalqı müxtəlif tarixi dövrlərdə novruzu yaranış və varlığın başlanması şənliyi və onun sonunu fərvərdin ayının 13-ü bilir və onu son dərəcə mübarək hesab edirdi.

İranlılar habelə novruzun 13-cü günü mərasiminin keçirilməsini Allah-Taalanın nemətlərinin qədrinin bilinməsi sayır və təbiətin dirçəliməsinə tamaşa etməyi qiyamət və məadın nişanəsi kimi qələmə verirlər.

İranlı qövmlər də özlərinin məntəqəvi mədəniyyət və adət-ənənələrinə uyğun olaraq xas ayinlərə malikdirlər. Bu qəbildən; sizdəh bedər, səməni düyünləmə və səməninin çaya atılmasını misal göstərmək olar.

Apr 02, 2018 08:57 Asia/Baku
Şərhlər