• İslami İran xanım Zeynəbin(s.ə) vəfatını matəm saxlayır

Həzrət Zeynəb Kübranın(s.ə) vəfatının ildönümü günündə İslami İran qaraya bürünərək, yas saxlayır.

Bu gün 15 Rəcəb 1439-cu hicri qəməri ili əziz İslam Peyğəmbərinin nəvəsi, İmam Əli(ə) və xanım Fatimənin(s.ə) qızı xanım Zeynəbin vəfatının ildönümü günüdür.

İRİB-nin verdiyi məlumata görə, bu gün şiələrin səkkizinci imamı həzrət İmam Rza(ə)-ın Məşhəd şəhərindəki məqbərəsinin üzərində matəm bayrağı dalğalandırılıb və çoxlu sayda zəvvar Rəzəvi ziyarətgahında bir araya gələrək, bu ağrılı acının qəmində yas saxlayır.

Bu münasibətlə İmam Rzanın(ə) məqbərəsində xüsusi mərasim keçirilib.

Rəzəvi Məqbərə Kompleksinin təbliğat və islami əlaqələr məsələləri üzrə müavini höccətülislam seyid Cəlal Hüseyni bildirib ki, xanım Zeynəbin(s.ə) vəfatının ildnümü münasibəti ilə bu gün zəvvarların geniş iştirakı ilə Rəzəvi məqbərəsində matəm mərasimi keçirilir.

Xanım Zeynəbin(s.ə) vəfatının ildönümü günü axşamında da İmam Rzanın(s) məqbərəsində və İranın digər şəhərlərində matəm mərasimləri keçirilib.

Teqlər

Apr 02, 2018 14:29 Asia/Baku
Şərhlər