• Bu gün Məbəs bayramıdır
    Bu gün Məbəs bayramıdır

Bu gün 27 rəcəb, Həzrət Məhəmmədin(s.ə.s) peyğəmbərliyə seçildiyi gün, Məbəs bayramıdır.

İslam Dünyası ilə yanaşı olaraq İranda da bu böyük gün bayram şənlikləri ilə qeyd olunub.

İslami İran xalqı 27 rəcəbdə şadlıq mərasimləri keçirir, şiriniyyat paylayır və beləliklə islam peyğəmbərinin(s.ə) məbus olduğu günü qeyd edir. 

Məbəs bayramının gəlib çatması münasibəti ilə Məşhəd şəhərində, İmam Rza(ə)-ın məqbərəsində həmçinin, Qum şəhərində bayram tədbirləri keçirilib.

Məbəs bayramı Həzrət Məhəmməd(s.ə.s)-in Allah tərəfindən peyğəmbərliyə seçildiyi gündür.

Məbəs insanlığı şirk, ədalətsizlik, ayrıseçkilik, cəhalət və pozğunluqdan tövhid, mənəviyyat, ədalət və kəramətə doğru aparan yolun başlanğıcı idi.

İran İslam Respublikası Radio və Televoziya Təşkilatı adından bu əziz gün münasibəti ilə sizləri təbrik edirik. Məbəs bayramınız mübarək olsun.

Teqlər

Apr 14, 2018 08:39 Asia/Baku
Şərhlər