• İmam Hüseyn(ə)-ın mövlud günü və pasdar günü mübarək!
    İmam Hüseyn(ə)-ın mövlud günü və pasdar günü mübarək!

İslami İran dünya şiələrinin üçüncü imamı və dünya şəhidlərinin ağası İmam Hüseyn(ə)-ın mövludunun ildönümü günündə şadlığa bürünüb.

Bu gün, şəban ayının üçü, dünya şiələrinin üçüncü imamı İmam Hüseyn(ə)-ın mövlud günü və pasdar günüdür.

Şəban ayının üçü, İslam və Qurani-Kərimin müdafiəsi və qorunması nümunəsi olan böyük bir şəxsiyyətin, Kərbəla düşərgəsindəki misilsiz fədakarlığı ilə bütün dünya xalqlarına azadəlik və izzəti öyrətmiş Həzrət Muhəmməd(s.ə.s.) şəriətinin və İslamın böyük pasdarının səadtələ dolu mövludunun ildönümü günüdür.

İran İslam Respublikasının banisi Həzrət İmam Xomeyni(r.ə.) İmam Hüseyn(ə)-ın mövlud gününü pasdar günü adlandırdı ki, dünya şiələrinin üçüncü imamının izzəti, azadəliyi və zirəkliyi həmişəlik olaraq İslam İnqlabı pasdarları xüsiyyət təşkil etməklə öz şiələrinin həyat nümunəsi olmuş olsun.

İran İslam Respublikasının TeleRadio Təşkilatı bu mübarək gün münasibətilə bütün müsəlmanları və dünya azadlıqsevərlərini səmimi qəlbdən təbrik edir.

Apr 20, 2018 08:27 Asia/Baku
Şərhlər