• İslami İranda ilk qədr gecəsi mərasimləri keçirilib
    İslami İranda ilk qədr gecəsi mərasimləri keçirilib

İranın hər bir yerində mömin əhalinin iştirakı ilə 1-ci fəzilətli qədr gecəsi möhtəşəm şəkildə qeyd olundu.

Ötən gecə Mübarək Ramazan ayının 19-cu gecəsi birinci Qədr gecəsi idi və İranın hər bir yerində vətəndaşlar məscidlər və digər dini məkanlara toplaşaraq Qədr gecəsi mərasimlərini keçiriblər.

Mübarək Ramazan ayının 19, 21 və 23-cü gecələri Qədr gecələridir və İranda əhli-beytin(ə) aşiqləri gecəni oyaq qalmaqla, başa Quran tutmaqla və Cövşən-Kəbir duasını oxumaqla, Allah-taala ilə raz-niyaz etdilər.

Qədr gecəsi bütün ilin gecələrinin fəzilətinin çatmadığı gecədir, həmin gecədə ibadət min gecənin ibadətindən yaxşıdır və ilin taleyi həmin gecədə müəyyənləşir. 

İslami İran vətəndaşları Qədr gecələrində məscidlər və digər dini məkanlar, xüsusilə də dünya şiələrinin 8-ci imamı Həzrət İmam Rzanın (ə) pak ziyarətgahı, Cəmkəran məscidi və Qumda Həzrət Məsumənin (s.ə) pak ziyarətgahına toplaşaraq Qədr gecəsi ayinlərini icra etdilər.

Həmçinin mübarək Ramazan ayının 19-u imam Əlinin(ə) qılınc zərbəsi aldığı gündür.  həmin gün səhərçağı Xəvariclər qrupundan İbn Mülcəm Muradi dünya şiələrinin birinci imamı Həzrət İmam Əli (ə) sübh namazını qıldığı halda, zəhərli qılıncı ilə onun başından vurdu. 

Dünya şiələrinin 1-ci imamı bu zərbədən sonra evdə xəstə yatağına düşdü və iki gün sonra mübarək Ramazan ayının 21-də şəhid oldu. 

İran İslam Respublikası Radio və Televiziya Təşkilatı Allah-taaladan mübarək Ramazan ayı, xüsusilə də Qədr gecələrində bütün müsəlmanların ibadətlərinin qəbul olmasını diləyir. 

 

 

 

Teqlər

Jun 04, 2018 09:01 Asia/Baku
Şərhlər