• 15 Xordad; İran xalqını böyük islami hərəkatının başlanğıcı
    15 Xordad; İran xalqını böyük islami hərəkatının başlanğıcı

Bu gün 15 xordad (5 iyun) İmam Xomeyninin (rə) 1342-ci günəş ilində (1963) tarixi qiyamının ildönümünə təsadüf edir.

15 xordad 1342-ci günəş ili qiyamı İslam İnqilabı tarixində dönüş nöqtəsi və İran xalqının islami hərəkatının başlanğıcıdır. 

55 il öncə şah rejimi və ABŞ-ın islamı məhv və İranı qarət etmək üzrə hərəkətləri İmam Xomeynini (rə) bəyanat verərək və önəmli çıxışlar edərək onların nəhs planlarını ifşa etməyə yönəltdi. 

Həzrət İmam Xomeyninin (rə) bəyanatından sonra, 13 xordad 1342-ci günəş ilində təhlükəsizlik qüvvələri onu saxlayaraq həbs etdilər. Lakin İmam Xomeyninin həbsi və bu xəbərin insanlara çatması 15 xordad 1342-ci ildə Pəhləvi rejimi əleyhinə irimiqyaslı ictimai inqilabın baş verməsi ilə nəticələndi. 

Pəhləvi rejiminin qüvvələri Qumda insanları daha çox qorxutmaq üçün yerləşdirildi. Onlar qiyamı var-güclə yatırtmağa çalışrdılar. Lakin 15 xordad qiyamı İranın başqa şəhərlərində davam etdi və çoxlu sayda insan aksiyalarda şəhid oldu. 

Jun 05, 2018 10:52 Asia/Baku
Şərhlər