• Bu gün həzrət Məsumənin(s) mövlud günüdür
    Bu gün həzrət Məsumənin(s) mövlud günüdür

Bu gün şiələrin səkkizinci imamı həzrət imam Rza(ə)-ın bacısı həzrət Fatimə Məsumənin(s) mövludunun ildönümü günüdür.

Bu gün zil-qədə ayının biri İmam Musa Kazım(ə)-ın əziz qızı həzrət Fatimə Məsumənin(s) mövludunun ildönümü günüdür. 

Həzrət Fatimə Məsumə(s) hicrətin 173-cü ilində zil-qədə ayının birində Mədinə şəhərində dnüyaya göz açıb. 

Həzrət Fatmə Məsumə(s)nin mövlud günü axşamında o həzrətin Qum şəhərindəki məqbərəsi çıraqban edilib, şənlik mərasimləri keçirilib.

Qum sakinləri şirini və şərbət paylamaqla bu günü qeyd ediblər. 

Həmçinin, Cəmkəran məscidi və Qum şəhərinin digər məscid və hüseyniyələrində də şənlik mərasimləri təşkil edilib. 

İranın Teleradio Təşkilatı da xanım Fatimə Məsumənin(s) mövludunun ildönümü günü münasibətilə dünya şiələrini təbrik edir. 

Jul 15, 2018 10:13 Asia/Baku
Şərhlər