• İmam Rzanın(ə) məqbərəsi çıraqban edilib
    İmam Rzanın(ə) məqbərəsi çıraqban edilib

İmam Rza(ə)-ın mövlud günü ərəfəsində yaxından və uzaqdan minlərlə insan Məşhəd şəhərinə, şiələrin səkkizinci imamının pak məqbərəsinə üz tutub. Bu günlər böyük şənliyə hazırlaşan Məşhəd şəhərində bir başqa ab-hava var.

Gündəlik qayğılardan sənin məqbərənə sığınıram.

Vəsfə sığmaz bir sakitliyə qovuşmaq üçün ziyarətnaməni oxuyuram.

 “İlk olaraq İmam Rzanın(ə) özü ilə həmsöhbət olmaq üçün onun  ziyarətnaməsini oxuyuram”

Mənə paklıq bəxş et və ruhumu saflaşdır. Qəlbimi və dilimi öz mədhinlə doldur.

“İmam Rzanın(ə) böyük hörmət sahibi olmasına görə onun ziyarətnaməsini oxuyur və daxil olmaq üçün ondan icazə istəyirik.”

Deyirlər səni ziyarət etmək kasıblar üçün həcc hökmünə malikdir. Sənin bəxş etdiyini rahatlıq bütün yoxluqlardan daha dəyərlidir.

“Gəlməzdən öncə İmama deyəcək çox sözüm var idi, amma, ağa ürəyimdən keçən hər şeyi bilir və söyləməyə ehtiyac yoxdur”

Bu günlər xidmətçilərin də məqbərənin tozunu böyük zövqlə alırlar.

“Zəvvarlarının ayaqlarının tozunun gözlərimizin sürməsi olması bizim arzumuzdur və bununla fəxr edirik. İnşallah, imam bunu bizdən qəbul edər”

Bu günlər hamı sənin xidmətindədir.

“İmam Rzanın(ə) zəvvarlarının ayaqlarının altını təmizləmək bizim üçün fəxrdir”

“Bacardığımız qədər onlara kömək etməyə çalışırıq”

İmam sadəcə Məşhər şəhəri və ya İranı deyil, bütün dünyanı öz adı ilə nura qərq edib.

“İmam Rzanın hətta, müsəlman olmayanları belə sevməsi mənim üçün çox maraqlıdır. Mənim nəzərimdə İmam Rza çox yaxşı insandır.”

“Burda olmaq mənə çox müsbət enerji verir. Xüsusilə zərihin kənarında olduğum zaman.”

Cənnət şəhərində doğma və ögəy deyə bir şey yoxdur. Burda hər kəs bərabərdir.

 

 

 

 

Teqlər

Jul 24, 2018 20:33 Asia/Baku
Şərhlər