• Bu gün 19 avqust, ABŞ-ın İranda dövlət çevrilişinin ildönümü günüdür

Bu gün 19 avqust 1953-cü il tarixində amerikalılar tərəfindən İran hökumətinə qarşı həyata keçirilmiş dövlət çevrilişinin ildönümü günüdür.

19 avqust 1953-cü ildə İranda şahlıq rejiminə bağlı ordu qüvvələri ABŞ və İngiltərənin əməkdaşlığı ilə Məhəmməd Müsəddiqin hökumətini devirərək, Məhəmməd Rza Pəhləvini yenidən iqtidara qaytardılar.

19 avqust çevrilişi İranda qanuni hökumətin devrilməsinə səbəb oldu. Bu hadisə İranda İslam İnqilabından öncəki dövrünə aid siyasi tarixində önəmli hadisə olaraq yadda qalıb.

19 avqust çevrilişi İranda neftin milli elan edilməsi hərəkatının qələbə çaldığı dövrə təsadüf edir. Bu amerikan-ingilis çevrilişi Beynəlxalq Ədalət Məhkəməsinin neft müqavilələri ilə bağlı İran və İngiltərə arasındakı ixtilafları araşdırdığı zaman İranın xeyrinə qərar çaxartdığı bir dövrə təsadüf edir.

Son illərdə 19 avqust çevrilişinə xarici ölkələrin müdaxilələri ilə bağlı daha artıq sənədlər aşkar edilib. Bu sənədlərə əsasən ABŞ və Britaniya rəsmiləri bu çevrilişdə birbaşa rola malik olduqlarını etiraf ediblər.

Teqlər

Aug 19, 2018 08:48 Asia/Baku
Şərhlər