• Bu gün tasua günüdür
    Bu gün tasua günüdür

Bütün İran Hüseyn (ə) Tasuasında qəm-kədər, matəmə qərq olub.

Bu gün çərşənbə 1440-cı hicri qəməri ili 9 məhərrəm (19 sentyabr 2018) Hüseyn (ə) Tasuasıdır. 

Hüseyn (ə) Tasuasında  İmam Hüseyn (ə) və o həzrətin əhli-beytinin milyonlarla aşiqi İranın hər bir yerində matəm mərasimləri təşkil edərək Kərbəla çölünün bayraqdarı həzrət Əbülfəzlil-Abbasın(ə) xatirəsini əziz saxlayır. 

İranın mömin xalqı hüseyniyyələr, məscidlər, Məşhəddə şiələrin 8-ci imamı Həzrət İmam Rza (ə), Qumda Həzrət Məsumənin (s.ə) pak ziyarətgahlarında əzadarlıq etməkdədir. 

Şiələrin 4-cü imamı həzrət İmam Səccad(ə) Əbülfəzlil-Abbasın(ə) vəsfində buyurur: Əmim Abbas canını qardaşına fəda edərək qollarını da verdi, o əsil mənada fədakar idi.

Məhərrəm ayının 10-u Şəhidlər Sərvəri İmam Hüseynin (ə) şəhadətinin ildönümü günüdür. İmam Hüseyn (ə) 61-ci hicri qəməri ili məhərrəm ayının onunda Kərbəlada 57 yaşında şəhid edildi.

Kərbəla hadisəsindən, İmam Hüseyn (ə) və vəfalı sirdaşlarının şəhadətindən əsrlər keçsə də, bu hadisənin əhəmiyyəti əsla azalmamış, üstəlik zaman keçdikcə Aşura və əzadarlıq mərasimlərinin müraciəti daha artıq şəkildə dərk olunur. 

İran İslam Respublikası Radio və Televiziya Təşkilatı Hüseyn (ə) Tasuası və Aşurasının gəlib çatması ilə bağlı bütün müsəlmanlar, xüsusilə də şiələr və dünyanın digər azadlıqsevərlərinə başsağlığı verir. 

Sep 19, 2018 08:37 Asia/Baku
Şərhlər