• Sabah şiələrin üçüncü imamı İmam Hüseynin (ə) Aşurasıdır
    Sabah şiələrin üçüncü imamı İmam Hüseynin (ə) Aşurasıdır

Sabah cümə axşamı 10 məhərrəm 1440-cı hicri qəməri ili (20 sentyabr 2018) Hüseyn (ə) aşurasına təsadüf edir.

 

10 məhərrəm Şəhidlər Sərvəri, şiələrin üçüncü imamı Həzrət İmam Hüseyn (ə)-ın şəhadətinin ildönümü günüdür. Həzrət İmam Hüseyn (ə) 61-ci hicri qəməri ili 57 yaşında Kərbəlada şəhid edildi.

Həzrət İmam Hüseyn (ə) Məkkədən Kərbəlaya gedərkən və şəhid olduğu ana qədər bildirdi ki, mənim hərəkətimdə məqsəd Yezidin islalama qarşı hökumətini rüsvay etmək, əmr-be-məruf, nəhy-əz-münkəri bərpa etmək, zülm və sitəm qarşısında dayanmaqdır. Quran-Kərimi dəstəkləmək və əsil Məhəmməd islamını qorumaqdan başqa məqsədim yoxdur.

Bu tapşırığı Allah-taala Həzrət İmam Hüseynə (ə) tapşırmışdı və bu tapşırığı yerinə yetirmək üçün Aşura günü öz vəfalı yoldaşları ilə günorta namazını qıldıqdan sonra Yezidlər tərəfindən şəhid edildi.

İslami İranın mömin xalqı məhərrəm ayı günlərində, xüsusilə də Hüseyn (ə) Tasuası və Aşurası gecəsi və günlərində məscidlər və hüseyniyyələrdə əzadarlıq edir.

İİR teleradio təşkilatı imam Hüseynin(ə) şəhadətinin ildönümü münasibəti ilə bütün şiələrə və azadlıqsevər insanlara başsağlığı verib. 

Teqlər

Sep 19, 2018 19:55 Asia/Baku
Şərhlər