• Tehran səninlədir
    Tehran səninlədir

6 oktyabrın Tehran günü elan edilməsi münasibətilə Tehran bələdiyyəsi qeyd olunan tarixdən bir həftə müddətinə Tehran şəhərinin tarixi, mədəni və turizm cazibədarlıqlarının tanıtdırılması məqsədi ilə çeşidli proqramlar nəzərdə tutub. Bu proqramlardan biri məktəblilər üçün nəzərdə tutulmuş “Tehran Səninlədir” adlı ekskursiyalardır.

Tehranlı məktəblilər Tehran şəhərində ekskursiyaya çıxıblar. 6 oktyabrın Tehran günü elan edilməsinin ardınca Tehran bələdiyyəsinin mədəniyyət və incəsənət təşkilatı maarif şöbəsinin əməkdaşlığı ilə Tehranın 22 məntəqəsindən 22 məktəbli qrupu üçün paytaxtın tarixi və turizm məkanlarına ekskursiya təşkil edib.

Tehran bələdiyyəsinin mədəniyyət və incəsənət təşkilatının sədri Səid Ohədi deyir: “Bu gündən etibarən “Tehran səninlədir” adlı ekskursiyalara start verilib. Ümumiyyətlə Tehran dedikdə ilk olaraq ağıla avtomobil tıxacları, səs-küy, çirkli hava və izdihamlı küçələr gəlir. Amma, əslində Tehran bir çox dəyərli və misilsiz cazibədarlıqlara malikdir. Və bu ekskursiyaların insanların bu cazibədarlıqlar ilə tanış olmasına kömək edəcəyinə inanırıq.”

Şəhri Reydə yerləşən Toğrul qalasından başlayan bu ekskursiyanın davamında Azadlıq meydanı, Milad qülləsi, Kitab bağı, İslam İnqilabı və Müqəddəs Müdafiə muzeyi ilə tanışlıq da var. Milli Parka və Məşq meydanına baxış keçirən məktəblilər indi də Abgine muzeyi ilə tanış olurlar.

Biz də bu ekskursiyalardan birinə qoşularaq, Tehranda ilk beynəlxalq irs kimi qeydə alınan Gülüstan sarayına gəlmişik.

“Tehran səninlədir” adlı ekskursiyaların təşkil edilməsində məqsəd məktəbliləri və onların ailələrini bu şəhərin tarixi və mədəni keçmişi haqda məlumatlandırmaqdır.

“Bu təsvirdə Kəmalülmülk “Ayna zalı”nda əyləşmiş Nasirəddin şahın təsvirini canlandırıb.”

“Çox maraqlı idi. Demək olar ki, Tehranın bütün önəmli muzeyləri ilə tanış olduq.”

“Ekskursiya çox yaxşı təşkil olunub. Bu ilk dəfədir ki, belə bir elmi-mədəni səyahətə çıxırıq.”

“Son dərəcə gözəl bir ekskursiya idi. Ümidvaram digər məktəblilər üçün də belə turlar təşkil edilsin və onlar da Tehranın tarixi və mədəni cazibələri ilə tanış olsunlar.”

Tehran bələdiyyəsinin mədəniyyət və incəsənət təşkilatı Tehran həftəsinin hər bir gününə özəl proqramlara malikdir və il boyunca xüsusi güzəşt ilə istənilən ictimai qrupların Tehran turlarında iştirakını təşkil etmək niyyətindədir.

 

Oct 09, 2018 18:01 Asia/Baku
Şərhlər