• Hüseyn(ə) Ərbəini axşamında İran qəm və matəm içindədir
    Hüseyn(ə) Ərbəini axşamında İran qəm və matəm içindədir

İslami İran şiələrin üçüncü imamı həzrət İmam Hüseyn(ə)-ın şəhadətinin qırxıncı günü olan Ərbəin günü axşamında matəm işindədir.

Sabah 1440-cı hicri qəməri ili səfər ayının 20-si, 30 oktyabr 2018-ci il Hüseyn(ə)-ın və sədaqətli adamlarının Kərbəlada şəhid olmasının qırxıncı günü olan Ərbəin günüdür.

Müxtəlif ölkələri o cümlədən İran İslam Respublikasından olan milyonlarla zəvvar sabah Ərbəin mərasimində iştirak etmək üçün Kərbəlaya daxil olmaqdadır.

İmam Hüseyn(ə) və vəfalı yoldaşları hicrətin 61-ci ilində, məhərrəm ayının 10-unda Kərbəlada şəhid ediliblər.

İmam Hüseyn(ə) Kərbəla hadisəsini bəyan edərkən, Məkkədən Kərbəlaya gedən yolda və şəhid olduğu ana kimi tam aydın formada deyir: Mənim hərəkətimin məqsədi Yezidin anti-İslam hökumətini ifşa etmək, yaxşı işlərə dəvət və pis işlərdən çəkindirmək, zülm və zorakılıq qarşısında dayanmaq, Quranı himayə etmək və İslam dinini qorumaqdan başqa bir şey deyil.

İran xalqı bu gücə İmam Hüseynin(ə) şəhadətinin qırxı axşamında məscidlər və hüseyniyələrdə, İmam Rzanın(ə) məqbərəsində və xanım Məsumənin(s) hərəmində əzadarlıq edir.

İran İslam Respublikasının radio və televiziya təşkilatı Hüseyn(ə) Ərbəini münasibəti ilə bütün müsəlmanlara xüsusilə Əhl Beyt(ə) sevərlərə və dünya şiələrinə başsağlığı verir.

Teqlər

Oct 29, 2018 19:22 Asia/Baku
Şərhlər