• 13 aban; İran xalqının ABŞ-ın zalımcasına hərəkətləri qarşısında müqavimətinin elan olunması günüdür

İranın İslami Təbliğat üzrə Koordinasiya Şurası yaydığı bir məlumatda 13 aban- 4 noyabr gününü qeyd edərək vurğulayıb ki, 13 aban, İranın inqilabçı xalqının Amerikanın zülmü və şər hərəkətləri qarşısında müqavimətinin elan olunması günüdür.

13 aban- 4 noyabr, İranda dünyanın zalım qüvvələri ilə milli mübarizə günüdür. 39 il bundan öncə belə bir gündə İran tələbələri Amerikanın İslam İnqilabına qarşı çoxlu sayda fitnələrinə etiraz olaraq, ABŞ-ın Tehrandakı casusluq yuvası olan səfirliyini ələ keçirdilər.

İranın İslami Təbliğat üzrə Koordinasiya Şurası dünən axşamçağı bu məlumatda bildirib: İran xalqının Amerikanın hərtərəfli və zalımcasına sanksiyaları və cinayətləri qarşısında qırx il müqaviməti xalqların oyanışına, "Amerikaya ölüm!" şüarının beynəlxalq mahiyyət almasına və onların xəbis və münafiqcəsinə simalarının region və dünya səviyyələrində ifşa olunmasına səbəb oldu.

Bu məlumatda sonra deyilir: İranın böyük xalqının qüdrət, izzət və azadəlik rəmzi, zalımlar və dünya hegemonçularının zülmü ilə mübarizədir.

"13 aban anti-imperialist aksiyası" "Heyhat Minnə Zilləh!" və "Amerikaya ölüm!" şüarları ilə Tehranda və bütün İslami İranda keçiriləcək.

Teqlər

Nov 02, 2018 10:27 Asia/Baku
Şərhlər