• Sabah İmam Rzanın(ə) şəhadətinin ildönümü günüdür
    Sabah İmam Rzanın(ə) şəhadətinin ildönümü günüdür

Sabah 1440-cı hicri qəməri ili səfər ayının 29-u, 2018-ci il noyabrın 8-i şiələrin 8-ci imamı həzrət İmam Rzanın(ə) şəhadətinin ildönümü günüdür.

İmam Rza(ə) 148-ci hicri qəməri ilində Mədinə şəhərində dünyaya göz açıb və 203-cü hicri qəməri ili, səfər ayının sonuncu günündə şəhidə edilib.

İmam Rzanın(ə) həyatı və imamət dövrü insanların Əhl Beytə(ə) üz tutmağa başladığı və Əhl Beytin(ə) xalq arasındakı bazasının genişlənməkdə olduğu bir dövrə təsadüf edir.

Xalq arasında İmam Rzaya(ə) olan məhəbbətin artması ilə Abbasi xəlifəsi Məmun o həzrəti zəhərləyərək, şəhid edir.

İran xalqı İmam Rzanın(ə) şəhadəti axşamı və günündə hüseyniyələr, məscidlər, Rəzəvi məqbərəsi və o həzrətin əziz bacısı olan həzrət Məsumənin(s.ə) Qum şəhərindəki məqbərəsində bir araya gələrək, əzadarlıq edir.

İranın Teleradio Təşkilatı İmam Rzanın(ə) şəhadətinin ildönümü günü münasibəti ilə dünya müsəlmanlarına başsağlığı verir.

Teqlər

Nov 07, 2018 19:55 Asia/Baku
Şərhlər