• İslam dünyasının alimləri Qüdsü müsəlman ictimaiyyətin həyat verici elementi hesab edirlər
    İslam dünyasının alimləri Qüdsü müsəlman ictimaiyyətin həyat verici elementi hesab edirlər

İslam dünyasının alimləri Qüdsü müsəlman ictimaiyyətin həyat verici elementi və islam dünyasının birliyi və bütövlüyünü müsəlmanların qələbəsinin rəmzi hesab edirlər.

Qüds, ümmətin vəhdətinin əsası, adı altında islam dünyasının ziyalılarının iştirakı ilə tehranda keçirilən 32-ci beynəlxalq islami vəhdət konfransında Livan Hizbullahının baş katibinin müavini deyib: Vəhdət olmadan müqavimətin kənarında dura bilmərik. 

Şeyx Nəim Qasim deyib: Qüdsü işğal edənlər İslam ümmətini təslim mövqeyinə sürükləmək məqsədi ilə region xalqlarının potensiallarını məhv etməyi düşünürlər. 

İraqın sabiq baş naziri də İran İslam Respublikasına islami vəhdətə və Fələstin mövzusuna önəm verdiyinə görə öz təşəkkürünü bildirərək deyib: İslam ümməti təfriqə və ixtilafın əsas mənşəyini tapıb və başa düşüb ki, islam ümmətinin zəifləməsinin əsas səbəbi zalım dövlətlərin mövqeləridir. 

HƏMAS-ın büro sədri İsmayıl Həniyə də video vasitəsi ilə konfransa qatılaraq deyib: Qüds şərq və qərbə bölünəsi deyil. Bütün problemlərin həlli yolu vəhdətdir və biz müqavimət və vəhdəti dəstəkləməliyik. Fələstin məsələsi irqi yaxud etniki mövzu deyil. 

Pakistanlı alim islam dünyasının əlacının vəhdət olduğunu bildirərək deyib: Elə bir şəraitdə burada bir araya gəlmişik ki, islam dünyası təfriqə və ixtilaf kimi bir çox problemlərlə üz-üzədir. Müsəlmanlar bir çox təhqirlərə məruz qalır və bunun əsas səbəblərindən biri problemlərin səbəblərini müəyyənləşdirməməkdən ibarətdir. 

Fələstinli alim də Qüdsün islam dünyasının həqiqi güldəstəsi və müsəlmanların ilk qibləsi olduğunu bildirərək deyib: İslamın yüksək mövqeyi Qüdsdən mənşə alır və Qüdsün İsrailin nəzarətinə verilməsinə imkan verməməliyik. O deyib: Bu gün Qüds müsəlman ictimaiyyətin həyat verici ünsürüdür. 

Nov 24, 2018 17:46 Asia/Baku
Şərhlər