• Tələbə günü; İran xalqının anti-imperialist simvolu

Bu gün azər ayının 16-sı, dekabrın 7-si, İran İslam Respublikası təqvimində tələbə günüdür.

1332-ci günəş ili azər ayının 16-sı, 1953-cü il dekabrın 6-sı, İran tələbələri Amerikanın ozamankı vitse-prezidenti Riçard Niksonun İrana səfəri ilə bir vaxtda Vaşinqtonun İranın daxili işlərinə qarışmasına etiraz olaraq, Tehran universitetinin önündə aksiya keçirdilər.

Bu aksiya tamamilə asılı və oyuncaq Pəhləvi rejimi hərbçilərinin basqını ilə qana boyandı.

Pəhləvi rejimi hərbçilərinin aksiyaçılara qarşı hücumunda üç iranlı tələbə şəhid oldu, yüzlərlə nəfər də yaralandı.

Tələbə günü İran xalqının ABŞ-ın müdaxilə mahiyyətli siyasətlərinə qarşı mübarizəsi tarixinin bir hissəsini xatırladır. Bu üzdən, 16 azər hadisəsi İranda tələbə mübarizələrinin formalaşması və mahiyyət kəsb etməsi sahəsində xüsusi önəmə malikdir.

Anti-imperialist diskussiyaya, eləcə də dini və inqilabi amalçılığa malikolma, formalaşdığı gündən bu günədək İran tələbə hərəkatının ən qabarıq göstəricilərindəndir.

İranda tələbə hərəkatının tarixi mahiyyəti, formalaşma prosesi və rol oynamaları da göstərir ki, tələbə təbəqəsi daima düzgün müəyyənetmə və analizlə İranın milli maraq və mənafeləri çərçivəsində öz tapşırığını tərif edibdir.

Teqlər

Dec 07, 2018 10:29 Asia/Baku
Şərhlər