Jan 12, 2019 10:20 Asia/Baku
  • Həzrət Zeynəb(s.ə)-nın mövludu günüdür
    Həzrət Zeynəb(s.ə)-nın mövludu günüdür

Bu gün 1440-cı hicri qəməri ili cəmadiuləvvəl ayının beşi, Həzrət Zeynəbi-Kübra(s.ə)-nın mövludunun ildönümü günüdür.

Həzrət Zeynəb(s.ə.) bütün zamanlarda bütün zülmə qarşı çıxan və azadlıqsevər qadın və kişilər üçün bir meyar və nümunədir.

Hər gün İslamın əziz Peyğəmbəri(s.ə.s)-in məhəbbəti və mərifətindən yeni bir ruh alan, həmçinin əziz atası, dünya şiələrinin birinci imamı Həzrət Əli(ə)-ın elmindən və bəyan tərzindən bəhrələnən Həzrət Zeynəb(s.ə)-ın ruhu, möhtərəm anası Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın mehribançılıqla dolu ağuşunda asayiş sahilinə çatdı.

O həzrət Həzrət İmam Husəyn(ə)-ın şəhadətindən sonra özünü dünya şiələrinin dördüncü imamı Həzrət İmam Səccad(ə)-ın vücudunu qoramağa borclu bilirdi. Bu üzdən, ən çətin şəraitlərdə cinayətkarlar və zalımlar qarşısında dayandı və o həzrətlə çiyin-çiyinə, öz dağıdıcı çıxışları ilə İslam düşmənlərini rüsvay etdi.

İran İslam Respublikasının TeleRadio Təşkilatı İslamın qəhrəman qadını Həzrət Zeynəb(s.ə)-nın mövludunun ildönümü günü münasibəti ilə bütün müsəlmanları, xüsusən şiələri və dünyanın digər azadlıqsevərlərini təbrik edir.

Teqlər

Şərhlər