Feb 09, 2019 10:28 Asia/Baku
  • İnqilab Rəhbərinin iştirakı ilə Xanım Fatimənin(s) şəhadəti gecəsində əzadarlıq mərasimi
    İnqilab Rəhbərinin iştirakı ilə Xanım Fatimənin(s) şəhadəti gecəsində əzadarlıq mərasimi

Xanım Fatimənin(s) şəhadətinin ildönümü gecəsində İnqilab Rəhbərinin iştirakıilə İmam Xomeyni(rə) hüseyniyəsində əzadarlıq mərasimi keçirilib.

İslam İnqilabının Böyük Rəhbərinin ofisinin mətbuat xidmətinin bildirdiyinə görə, İnqilab Rəhbərinin iştirakı ilə keçirilən Xanım Fatimənin(s) şəhadəti gecəsi əzadarlığı mərasimində müxtəlif təbəqədən olan minlərlə nəfər o cümlədən ölkə rəsmiləri iştirak ediblər. Bu mərasimdə çıxış edən natiq xanım Fatimənin(s) həyatı və mübarizələrində iqtisadi müqavimətin cəhətlərini bəyan edərək, deyib: İslam iqtisadiyyatı mənəviyyat, əxlaq və çalışqanlıq habelə, xüdbinlikdən uzaq olmaq və fədakarlıq üzərində qurulub. 

Mərasimin natiqi daha sonra Xanım Fatimənin həyatını səbr, sadə həyat tərzi və qənaət ilə yanaşı olduğunu deyərək, əlavə edib: Əgər doğru yolu seçərsə, ilahi nemətlərə malik olar. 

Xanım Fatimənin(s) əzadarlıq mərasimlərinə 5 fevraldan etibarən İmam Xomeyni(rə) hüseyniyəsində start verilib. Bu gün 9 fevral 2019-cu il, 1440-cı hicri qəməri ili cəmadüssani ayının 3-ü İslam peyğəmbəri həzrət Məhəmməd Mustafanın(s.ə.s) əziz qızı xanım Fatimənin(s) şəhadətinin ildöünüm günüdür. 

Teqlər

Şərhlər