Feb 09, 2019 12:35 Asia/Baku
  • İran xalqı xanım Fatimənin(s) şəhadətinin ildönümü günündə matəm içindədir
    İran xalqı xanım Fatimənin(s) şəhadətinin ildönümü günündə matəm içindədir

İslam peyğəmbərinin(s.ə.s) əziz qızı xanım Fatimənin(s) şəhadətinin ildönümü günündə İran xalqı geniş əzadarlıq mərasimləri təşkil edib.

Bu gün şənbə 9 fevral 2019-cu il, 1440-cı hicri qəməri ili cəmadüs-sani ayının 3-ü xanım Fatimənin(s) şəhadətinin ildönümü günüdür. 

Əhl Beyt(ə) aşiqləri məscidlər, hüseyniyələr və müqəddəs məkanlara o cümlədən Məşhəd şəhərində şiələrin 8-ci imamı həzrət  İmam Rzanın(ə) və  Qum şəhərində İmam Rzanın(ə) əziz bacısı xanım Məsumənin(s) pak məqbərəsinə üz tutaraq, xanım Fatimənin(s) qəmində göz yaşı töküb,matəm saxlayıblar. 

Xanım Fatimə(s) besətin 20-ci ilində cəmadiüs-sani ayının 20-də Məkkə şəhərində dünyaya göz açıb və 18 yaşında, hicrətin 11-ci ilində Mədinə şəhərində şəhid olaraq, haqq diyarına qovuşub. 

Şərhlər