Feb 09, 2019 21:54 Asia/Baku
  • Xanım Zeynəbin(s) məqbərəsi - Dəməşq
    Xanım Zeynəbin(s) məqbərəsi - Dəməşq

İslam peyğəmbərinin(s.ə.s) əziz qızı xanım Fatimənin(s) şəhadətinin ildönümü günündə Suriyanın paytaxtı Dəməşq şəhərində, Zeynəbiyyə məntəqəsində matəm mərasimləri keçirilib.

Xanım Fatimənin(s) şəhadətinin ildönümü ilə bir vaxtda Suriyanın paytaxtı Dəməşq şəhərindəki məscid və hüseyniyələrdə əzadarlıq mərasimləri təşkil edilib. Paytaxt sakinlərinin xüsusilə də gənclərin geniş iştirak etdiyi bu mərasimlər mənəvi atmosfer ilə yanaşı olub.

İranlı zəvvar: Həzrət Əli(ə)-ın vilayətini müdafiə yolunda canından belə keçməyə hazır olur və elə bu  yolda da şəhid olaraq, fədakarlığını tamamlayır.

Həmçinin, bir qrup iranlı xanım Zeynəbin(s) hərəmində olaraq, ehsan süfrəsi açıb, zəvvarlar və ehtiyaclı insanlar arasında nəzir paylamaqla məşğul olublar.

Məhəmməd Əkbəri - İranlı xeyriyyə qrupunun rəhbəri: Hər gün burada təqribən 2000-2500 nəfər üçün yemək bişirilir. Bu yeməklər zəvvarlar və ətrafda yaşayan ehtiyaclı insanlar arasında paylanılır. Məqsədimiz insanlığa xidmət etmək və digərləri üçün nümunə olmaqdır.

8 il sürən müharibə dövründə xanım Zeynəbin(s) hərəmi dəfələrlə terrorçuların təhdidləri ilə üzləşsə də, terrorçular üzərində qələbənin çalınmasından sonra bu ilk dəfədir ki, o həzrətin hərəmində belə bir əzəmətdə əzadarlıq mərasimi keçirilir. Və gec saatlara kimi davam etməsinə baxmayaraq, bu əzadarlıq mərasimində Əhl Beyt(ə) aşiqləri geniş iştiraka malik olublar.

Xanım Fatimə(s) haqqı müdafiə yolunda şəhid olsa da, bizə həqiqi bir müsəlman üçün doğru olan  həyat yolunu göstərmiş oldu.

 

 

Şərhlər