Feb 25, 2019 20:20 Asia/Baku
  • Sabah xanım Fatimənin(s.ə) mövlud günüdür
    Sabah xanım Fatimənin(s.ə) mövlud günüdür

Sabah 1440-cı hicri qəməri ili cəmadiüssani ayının 20-si, 2019-cu il fevralın 26-sı İslam peyğəmbərinin(s.ə.s) əziz qızı xanım Fatimənin(s.ə) mövludunun ildönümü günüdür.

Xanım Fatimə(s.ə) hicrətdən 8 il öncə cəmadiüssani ayının 20-də dünyaya göz açıb.

İslam peyğəmbəri(s.ə.s) həzrət Məhəmməd Mustafanın(s.ə.s) əziz qızı və şiələrin birinci imamı  həzrət Əlinin(ə) həyat yoldaşı olan xanım Fatimə(s.ə) fərdi və ictimai baxımdan bütün bəşəriyyət üçün misilsiz bir örnək sayılır. Həsən(ə), Hüseyn(ə) və Zeynəb(s) kimi övladlar yetişdirməsi isə onu dünya anaları üçün bir nümunəyə çevirib.

Xanım Fatimənin(s.ə) hər bir baxımdan qadınlar üçün ən üstün nümunə olmasını nəzərə alaraq İranda o həzrətin mövlud günü "analar günü" kimi qeyd olunur.

Bu münasibətlə İranın hər bir yerində bu günə özəl tədbirlər keçirilir.

 

 

Teqlər

Şərhlər