Mar 07, 2019 20:56 Asia/Baku
  • Sabah İmam Məhəmməd Baqir(ə)ın mübarək mövlud günüdür
    Sabah İmam Məhəmməd Baqir(ə)ın mübarək mövlud günüdür

Sabah, hicri qəməri təqvimi ilə Rəcəb ayının 1-i,müsəlmanların 5-ci imamı Məhəmməd Baqirin (ə)ın mövlud günüdür.

İmam Baqir (ə) hicrətin 57-ci ilində Mədinə şəhərində dünyaya gəlmişdir Atası İmam Zeynül-abidin əleyhissəlamın vəfatı vaxtı Həzrətin otuz yeddi yaxud otuz səkkiz yaşı var idi. Adı Məhəmməd,künyəsi Əbu Cəfər, ləqəbləri Baqir, Baqirül-ülum olmuşdur. Anası İmam Həsən əleyhissəlamın qızı Ümmü Abdullah olmuşdur. Buna görə də, İmam Baqir (əleyhissəlam) həm ata, həm də ana tərəfdən Həzrət Əli (ə) və xanım Zəhranın (s.ə) nəslinə yetişən ilk şəxs olmuşdur. İmam Baqir (əleyhissəlam) hicrətin yüz on dördüncü ilində Mədinə şəhərində xəlifə Hişam Əbdülməlik tərəfindən zəhərlənərək şəhadətə çatmışdır. Mədinədə məşhur Bəqi qəbristanlığında atası və babasının qəbirləri kənarında dəfn olunmuşdur. O Həzrətin İmamət dövrü on doqquz ya da iyirmi il olmuşdur.

İmam Məhəmməd Baqir (ə) öz İmaməti dövründə İlahi maarifi nəşr edib onu meydana çıxarmağa başladı. O elmi çətinlikləri həll etməklə sonradan oğlu İmam Cəfər Sadiq əleyhissəlamın İmaməti dövründə təsis edilən böyük İslam məktəbinin yaranmasına şərait yaradan elmi inqilabı həyata keçirtdi.

Qeyd edək ki,  İmam Məhəmməd Baqirin(ə) mövlud günü axşamında İslami İranın bütün məscidləri və müqəddəs məkanları nura boyanıb. İnsanlar o həzrətin mövludu axşamı mərasimlərində iştirak etmək üçün müqəddəs məkanlara axın edirlər.

İranın Teleradio Təşkilatı da İmam Məhəmməd Baqirin(ə) mövlud günü münasibətilə dünya müsəlmanlarını təbrik edir.

Şərhlər