May 31, 2019 09:58 Asia/Baku
  • Qüds günü - Fələstinin ideallarına təkid günü

Bu gün cümə 31 may 2019-cu il ümumdünya Qüds günü dür.

Ramazan ayının son cümə günü münasibətilə müsəlmanlar və dünyanın azad insanları Qüds günü yürüşlərində iştirak edərək, sionist rejimin cinayətlərinə "yox" deyir. 

Ümumdünya qüds günü yürüşləri İranda yerli vaxtla saat 10-da başlanıb. Bu ilki Qüds günü yürüşünün şüarı isə "Əsrin anlaşmasının yarılması və Fələstin ideallarının reallaşması"dır. 

İranın 950 şəhərində keçirilən Qüds günü yürüşləri aralarında 250 xarici jurnalistin də olduğu 4 min jurnalist tərəfindən nişıqlandırılır. 

Qüds günü yürüşünün sonunda "Əsrin anlaşması" adlı Amerikan planı və Ərəb ölkələri ilə İsrail rejimi arasında əlaqələrin normallaşdırılmasına hesablanmış Bəhreyn iqtisadiyyat forumunu kəskin formada qınayan qətnamə də qiraət olunacaq. 

İslam inqilabının böyük rəhbəri həzrət ayətullah Xamenei çərşənbə günü axşam universitet müəllimləri ilə görüşdə Fələstin xalqını müdafiə etməyin həm humanitar, həm də dini cəhətlərə malik olduğunu söyləyərək, ABŞ-ın izi ilə gedənlərin "Əsrin anlaşması"nın icrasına çalışdıqlarını amma, onların bu səyinin nəticəsiz qalacağını dedi. 

İnqilab rəhbəri bu ilki Qüds gününü hər il olduğundan daha önəmli adlandırdı və dedi: Bunun səbəbi ABŞ və onun izi ilə gedənlərin xəyanətlərinin artması və "Əsrin anlaşması" planını icra etməyə çalışmalarıdır. 

İran İslam Respublikası prezidenti Həsən Ruhani də çərşənbə günü nazirlər kabinetinin iclasında İran xalqının Qüds və məzlumları heç vaxt tək qoymayacağını söyləyərək, dedi: İran xalqı bu il də Qüds günü yürüşündə geniş iştirakı ilə, qələbəyə nail olana kimi, zalımlar qarşısında dayanacağını elan edəcək. 

İranın icraedici, qanunvericilik və məhkəmə hakimiyyətlərinin başçıları, Rəhbərlik Xübrəqanı Məclisi və Konstitusiyanın İcrasına Nəzarət Şurası (Negəhban Şurası" ayrı ayrılıqda bəyanatlar yayaraq, Fələstin xalqının ideallarına təkid edib və xalqı Qüds günü yürüşündə geniş iştiraka dəvət ediblər. 

Şiə və sünni alimlər, müxtəlif siyasi və ictimai qruplar və tanınmış simalar da bəyanatlar yayaraq, İran xalqını Qüds günü yürüşündə geniş iştiraka dəvət ediblər. 

Teqlər

Şərhlər