Aug 11, 2019 19:14 Asia/Baku
  • Qurban bayramı mübarək!
    Qurban bayramı mübarək!

Sabah, zihəccə ayının onu, müsəlmanların böyük bayramlarından olan səadətli Qurban bayramıdır.

Qurban bayramında Allah-Taalanın razılığı üçün qurban kəsirlər və böyük ilahi peyğəmbər, Həzrət İbrahim(ə)-ın xatirəsini yaşadır və əziz tuturlar.

Allah-Taala imanı və pakürəkli olmasını sınamaq üçün Həzrət İbrahim(ə)-a tapşırıq verdi ki, oğlu Həzrət İsmail(ə)-ı Allah yolunda qurban etsin. Həzrət İbrahim(ə) bu işin çətinliyinə rəğmən, ilahi fərmana boyun əydi, amma xitab oldu ki, ilahi imtahandan başıuca çıxıbdır və o zaman bir qoyun göndərildi ki, o, onu Həzrət İsmail(ə)-ın yerinə qurban etsin.

Bu ibrətli macəra ilahi fərman qarşısında təslim olmaq, nəfsə qalib gəlmək və fədakarlıq dərsidir.

İran İslam Respublikasının TeleRadio Təşkilatı səadətli Qurban bayramı münasibətilə bütün dünya müsəlmanlarını təbrik edir.

Şərhlər