Sep 09, 2019 20:04 Asia/Baku
  • Kərbəla milyonlarla zəvvarı qəbul etməyə və Aşura mərasimini keçirməyə hazırdır
    Kərbəla milyonlarla zəvvarı qəbul etməyə və Aşura mərasimini keçirməyə hazırdır

Sabah Aşura günü və yerin hər bir tərəfi Kərbəladır.

Sabah Kərbəla bütün dünyadan milyonlarla İmam Hüseyn zəvvarını qarşılamağa hazırdır. Sabah qabaqkı illərdə olduğu kimi dünya şiələrinin əzadarlığı öz zirvəsinə çatacaq.

Əzadarlıq dəstələri bu gecə və sabah Hüseynin və onun 72 sadiq köməkçisinin xatirəsinə göz yaşları axıdırlar və Hüseynin yardım çağırışına bir səslə fəryad edirlər.

Bu gecə yer və göy aram olmur və qan ağlayır.

Hüseyn əzadarları sabah matəmin zirvəsində Əba Əbdillah Əl-Husəyn(ə)-ın 61-ci hicri qəməri ilinin Aşura günündəki sonuncu namazının xatirəsinə günorta namazını camaat namazı şəklində qılacaq. 

Sabah dünya bir səslə "Ləbbeyk, ya Hüseyn!" deyəcək.

Şərhlər