Nov 14, 2019 19:19 Asia/Baku
  • İslam Peyğəmbəri(s.ə.s.) və İmam Cəfər Sadiq(ə)-ın mövludlarının ildönümü günü mübarək!
    İslam Peyğəmbəri(s.ə.s.) və İmam Cəfər Sadiq(ə)-ın mövludlarının ildönümü günü mübarək!

Sonuncu ilahi peyğəmbər, Həzrət Muhəmməd Mustəfa(s.ə.s)-in və imamət və vilayət səmasının altıncı parlaq ulduzu- Həzrət İmam Cəfər Sadiq(ə)-ın səadətli mövlud günlərinin gecəsində İslami İran başdan-başa nura və sevincə qərq olub.

Sabah, 1439-cu hicri qəməri ili rəbiuləvvəl ayının 17-si, 2019-cu milad ili noyabrın on beşi, əziz İslam Peyğəmbəri, Həzrət Muhəmməd Mustəfa(s.ə.s)-in və imamət və vilayət səmasının altıncı parlaq ulduzu- Həzrət İmam Cəfər Sadiq(ə)-ın səadətli mövlud günlərinin ildönümüdür.

İslami İranın müxtəif bölgələrinin əhalisi, o sıradan şiə və sünni/ məscidlər, mənzillər, küçə və mağazaları bayraq və rəngarəng çıraqlarla bəzəyib, mərasim keçirib, noğul və şirniyyat paylayaraq, sonuncu ilahi peyğəmbər Həzrət Muhəmməd(s.ə.s)-in səadətli mövludunun ildönümünü bayram edir.

İranda şiə və sünni müsəlmanların Böyük İslam Peyğəmbəri(s.ə.s)-in şənliyində iştirakı İslam ümmətinin yekdilliyi və həmrəyliyindən gözəl cilvələri nümayiş etdirir.

Sünni əhli rəbiuləvvəl ayının 12-ni, şiələr isə 17-ni Böyük İslam Peyğəmbəri(s.ə.s)-in mövlud günü hesab edirlər.

İran İslam Respublikasının banisi, Həzrət İmam Xomeyni(r.ə)-ın təşəbbüsü ilə 12 və 17 rəbiuləvvəl tarixləri arasında olan müddət “vəhdət həftəsi” adlandırılıbdır.

İran İslam Respublikasının TeleRadio Təşkilatı sonuncu ilahi peyğəmbər, Həzrət Muhəmməd(s.ə.s)-in və Həzrət İmam Cəfər Sadiq(ə)-ın səadətli mövlud günlərinin  gəlişi münasibətlə bütün dünya müsəlmanlarını və dünyanın digər azadlıqsevərlərini təbrik edir.

 

Şərhlər