Fev 01, 2020 09:22 Asia/Baku
  • İranda Fəcr ongünlüyü başlandı
    İranda Fəcr ongünlüyü başlandı

Bu gün, 12 bəhmən, fevralın biri, İslam İnqilabının mübarək Fəcr ongünlüyünün başlandığı gündür.

İslam İnqilabının mübarək Fəcr ongünlüyü şənliklərinin başlanması üzrə rəsmi mərasim az sonra Həzrət İmam Xomeyni(r.ə)-in İrana tarixi girişi anı ilə bir zamanda bütün İslami İranda, o cümlədən İran İslam Respublikası banisinin pak hərəmində, Tehrandakı Meharabad hava limanında xalqın müxtəlif təbəqələrinin, şəhid ailələrinin, ölkə və ordu rəsmilərinin iştirakı ilə keçiriləcək.

Bu gündə kilsələrin zəngləri, gəmi və qatarların fiti də hörmət əlaməti olaraq səslənəcək və bütün ölkə boyu məktəblərdə İslam İnqilabının Fəcr ongünlüyünün başlanması qeyd olunacaq.

41 il bundan öncə belə bir gündə yəni 1357-ci günəş ili bəhmən ayının on ikisində İran İslam Respublikasının banisi Həzrət İmam Xomeyni(r.ə) on beş il vətəndən ayrı və sürgündə qaldıqdan sonra xalqın böyük qarşılama mərasimi ilə İslami İrana daxil oldu.

Şərhlər