İyun 26, 2017 09:39 Asia/Baku
  • Səadətli fitr bayramı
    Səadətli fitr bayramı

İslami İranda və bir çox müsəlman ölkələrində bu gün 1438-ci hicri qəməri ili şəvval ayının biri səadətli fitr bayramı gününə təsadüf edir.

İslami İranın və digər müsəlman ölkələrin mömin və Allahı sevən insanları  bir ay müddətində oruc tutduqdan sonra Fitr günündə geniş bayaram namazı sıralarında iştirak edib. 

Tehranda Fitr bayramı namazı İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xameneinin imaməti ilə imam Xomeyni (rə) müsəllasında qılınıb. 

İslam mədəniyyətinə görə şəvval ayının ilk günü Fitr bayramı və fitrətə qayıdış bayramı təyin edilib, ona görə ki, mübarək Ramazan ayı boyunca oruc tutmuş müsəlmanlar, Allahın lütfü ilə və günahlardan istiğfar etməklə zahirdə və batindəki bulaşıqları ruhlarından təmizləyiblər və özlərinin həqiqi fitrətlərinə qayıdıblar. 

Səadətli Fitr bayramı ən pak bayramlardan biridir ona görə ki,  bir aylıq ibadətin və Ramazan suyunda ruhun təmizlənilməsinin mükafatıdır. Fitr bayramı Ramazanın sonu bayramı deyil, yeni bir insanın öz külündən yenidən qalxması bayramıdır. 

Səhər beynəlxalq televiziya kanalı səadətli Fitr bayramı münasibəti ilə bütün müsəlmanları və azadliqsevər insanları təbrik edir. 

Teqlər